23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Partiyanın yeni sədri və prezidentliyə namizədi bəlli olub - Fotolar
Tarix: 12-04-2017 14:32 | Bölmə: Siyasət

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) V Qurultayı keçirilib.

Qurultaydan öncə ALDP sədri Fuad Əliyev və Sədr Aparatının üzvləri ALDP-nın ilk sədri Zakir Məmmədovun məzarını ziyarət ediblər.

Qurultay Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Öncə Mandat Komissiyasının sədri Tərlan Həsənovun hesabatı dinlənilib. O, ALDP-nin V Qurultayına 65 rayon təşkilatı tərəfindən seçilmiş 110 nümayəndədən 83 nümayəndənin iştrak etdiyini bildirib. Həmçinin bildirilib ki, bütün nümayəndələrin mandatları etibarlıdır və Qurultay tam səlahiyyətli hesab olunur.

Daha sonra Fuad Əliyev Qurultaya dəvət olunan qonaqlara söz verib. Çıxış edənlər qurultay iştirakçılarına öz təbriklərini çatdıriblar.

Qurultayda təşkilatı məsələlərə də baxılıb.

ALDP V Qurultayın Say Komissiyasının sədri Ülvü Əfqanlının səsvermənin nəticələri dinlənilib. Beləliklə, Fuad Əliyev, Maisə Cəfərova, Füzuli Kərimov, Cavid Şahverdiyev və Tərlan Həsənov Rəyasat Heyətinin üzvləri, Kamal Hüseynov, Zaur Hacıyev və Emin Zeynalov Mərkəzi Nəzərət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Qurultayın Say Komissiyasının sədri Ülvü Əfqanlının partiyanın sədr seçkisinin nəticələrini qurultay iştrakçılarına çatdırıb. O, bildirib ki, Əliyev Fuad Ağasi oğlunun namizədliyinin leyhinə 94, əleyhinə 0, bitərəf 1 nəfər səs verib. Beləliklə, Fuad Ağasi oğlu Əliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri seçilib.

Daha sonra çıxış edən ALDP Gənclər Təşkilatının sədri Murad Əliyev, Rəyasət Heyətinin üzvləri Maisa Cəfərova və Füzuli Kərimov 2018-ci ildə keçiriləcək Prezident seçkilərində ALDP sədri Fuad Əliyevin namizədliyini irəli sürüblər.

ALDP sədri Fuad Əliyev Qurultayın bu məsələnin yekün qərarını vermək üçün Rəyasət Heyətinə səlahiyyət verilməsini təklif edib. Səsvermə nəticəsində təklif qəbul olunub. Beləliklə, ALDP V Qurultayı öz işini yekünlaşdırıb.

Qurultayda ADP sədri Sərdar Cəlaloğlu, BAP sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Ağ Partiyanın sədri Tural Abbaslı, ADR Hərəkatının sədr müavini Ellada Məmmədli, VİP-in sədr müavini Cavid Cəbbarlı, "Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və digərləri qonağ qismində iştrak ediblər.

Reyting.az







Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}