Rusiya hərbçiləri Krım tatarlarının evinə basqın edir
Tarix: 13-04-2017 13:55 | Bölmə: Siyasət


"Rusiya Milli Qvardiyası Krımda tatarların evinə basqın edib, axtarışlar aparır”.

Reyting.az saytı xəbər verir ki, bunu Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov bildirib.

D.Gülməmmədov qeyd edib ki, Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasının Baxçasaray şəhərindəki basqın və axtarışlarda Rusiya Milli Qvardiyası ilə yanaşı Federal Təxlükəsizlik Xidməti (FSB) əməkdaşları da iştirak edirlər.

Şura sədri bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tatarları həbs edir, küçələri mühasirəyə alırlar: "Əməliyyata Milli Qvardiya hərbçilərinin cəlb edilməsi isə o deməkdir ki, əməliyyat birbaşa Moskvadan gəlmiş xüsusi əmrə əsasən həyata keçirilir”.

D.Gülməmmədov qeyd edib ki, əsas axtarışlar Sərvər Mustafayev və Riza Mujdabayevin evində aparılıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}