23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İsa Qəmbər: “Türkiyə yenidən parlament sisteminə dönməyə çalışacaq”
Tarix: 17-04-2017 18:26 | Bölmə: Siyasət

"Hesab edirəm ki, bu hadisə Türkiyədəki müəyyən daxili səbəblərdən, eyni zamanda regional və qlobal səbəblərdən baş verən hadisədir. Bu dönəm uzun çəkməyəcək. İllə bağlı proqnoz verə bilmərəm, amma zaman gələcək yeni referendumla Türkiyə yenidən parlament sisteminə doğru dönməyə addım atacaq”.

Bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri, Müsavat Partiyasının keçmiş baçqanı İsa Qəmbər Türkiyədə keçirilmiş referendumun nəticələrini "Amerikanın səsi”nə şərh edərkən deyib.

İsa Qəmbər parlament üsul-idarəsinin tərəfdarı olduğunu bildirib: "Mən bütövlükdə parlament respublikasının tərəfdarıyam. Eyni zamanda türk xalqının siyasi iradəsinə hörmətlə yanaşmaq hər birimizin borcudur. Türkiyə xalqı bu gün kiçik üstünülüklə, ciddi tərəddüdlərlə olsa da, prezident üsul-idarəsinə səs verdi”.

İ.Qəmbərin sözlərinə görə, bu seçkinin regiondakı siyasi vəziyyətə də müəyyən təsirləri olacaq:

"Regionda demokratiyanın inkişafı, prezidentli respublikaların parlamentli respublikalara çevrilməsi cəhdləri bir az da çətinləşəcək”.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}