16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Fuad Əliyev: “Maliyyə Palatasının qərarı Konstitusiyaya ziddir"
Tarix: 26-04-2017 17:34 | Bölmə: Siyasət

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda partiyanın V Qurultayın nəticələri, ictimai-siyasi vəziyyət müzakirə olunub.

Partiyadan Reyting.az-a verilən məlumata görə, ALDP sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ezamiyyə xərclərinin nağdsız ödənişlərə keçirilməsi ilə bağlı verdiyi qərara münasibət bildirib.

Fuad Əliyev deyib ki, "Nağdsız hesablaşmalar haqqında” qanun fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını aparan digər şəxslərə böyük problem yaradır. Onun fikrincə, bu qanunun tətbiqi ilə banklar, sahibkarlıq subyektləri və QHT-lərin fəaliyyəti iflic olub:

"Vətəndaş cəmiyyətinin formalaşması və inkişafında vətəndaş cəmiyyəti institutlarının xüsusi çəkisi var. Azərbaycanda müəyyən inkişaf yolu keçən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə yardımçı olur. Bu gün ölkədə vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq istiqamətləri, ictimai nəzarətin təşkilində QHT-lərin rolu artmaqdadır. Bəs nədən belə bir qərarın qəbuluna göz yumulmalıdır? Dövlət bir yandan QHT-lərə dəstək durur, digər tərəfdən belə qərarlarla onların fəaliyyətini iflic edir".

Partiya sdəri onu da bildirib ki, dünyanın ən aparıcı və demokratik dövlətlərində QHT-lər bu tərzdə sıxışdırılmırlar: "Xarici ölkələrin əksəriyyətində nağdsız hesablaşmalarla bağlı belə qadağalar yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatasının bu qərarı Konstitusiyaya ziddir".

F.Əliyev sonda qeyd edib ki, QHT sədrləri və üzvləri etiraz aksiyalarına başlamalıdırlar: "Elə həmin Palatanın qarşısında. Onun rəhbərliyinə etiraz etməlidirlər ki, niyə bu kimi məsələlərin müzakirəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fikirləri nəzərə alınmayıb? Ən sakit halda isə onlara ayrılan vəsaitdən imtina etməlidirlər. Bu da etiraz aksiyasının bir növüdür".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}