23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
YAP təşkilat sədrini postundan uzaqlaşdırıb - Səbəb
Tarix: 06-05-2017 13:23 | Bölmə: Siyasət / Xəbərlər


YAP Pirallahı rayon təşkilatının konfransı keçirilib.

Yığıncaqda təşkilati məsələlərə baxılıb.

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov YAP Pirallahı rayon təşkilatının sədri seçilib:

"Qoçalı Mahmudov, Əli Kərimov, Baxarəddin Rəsulov və Bəxtiyar Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin, 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib".

Təşkilati məsələlərdən sonra çıxış edən rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, YAP Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcək.(Qafqazinfo)

Reyting.az saytı mia.az-a istinadla xəbər verir ki, təşkilatın sabiq sədri Manaf Manafovun adı xidməti avtomobili ilə adam vurub öldürməkdə hallanıb. Görünür, elə bu faktın mediada yayılması, ölən şəxsin valideynlərinin davamlı şikayətləri onun hakim partiyadakı karyerasına son qoyub.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}