Şuşa naşı rəhbərlərin badına gedib - Partiya sədri
Tarix: 08-05-2017 12:52 | Bölmə: Siyasət


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 1992-ci il mayın 8-də Şuşanın işğalının ildönümü ilə bağlı partiyanın bir qrup gənci ilə görüşüb.

Toplantıda 1992-ci il mayın 8-də Şuşanın işğal olunmasını yaradan səbəblər və ermənilərin işğalçılıq siyasətini doğuran nəticələr müzakirə olunub.

Əvvəlcə Şuşada həlak olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra F.Əliyev Şuşanın işğalı tarixinə toxunub: "Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Azərbaycan rəhbərliyində naşı insanlar olub və bunun nəticəsində Şuşa işğal olunub və günahsız insanlar həlak olub. Şuşanın işğalında əsl baiskarlar 366-cı alay və erməni daşnaklarıdır".





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}