16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mirmahmud Mirəlioğlu: “Rusiya Azərbaycandakı dəyişikliklərdə maraqlıdır”
Tarix: 25-05-2017 16:21 | Bölmə: Siyasət

Mediada Rusiyanın gələn il ölkəmizdə keçiriləcək prezidet seçkilərə təsir göstərəcəyi ilə bağlı proqnozlar səslənməkdədir.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə Moderator.az-a açıqlamasında deyib ki, Azərbaycan Rusiyanın maraq dairəsindədir: "Rusiya Azərbaycandakı dəyişikliklərdə maraqlıdır. Böyük ehtimalla da bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də dəyişiliklərdə maraqlı olacaq. Təbii ki, Rusiyanın özünün başı öz problemlərinə qarışmasa...”.

Rusiyanın Azərbaycana təsir etmək imkanlarına gəlincə, KXCP sədri bunun hər zaman mövcud olduğunu deyib: "Torpaqlarımızın işğlında Rusiya birbaşa iştirak edib, torpaqlarımızın azad edilməsinə də Rusiya birbaşa mane olur. Rusiya hələ ki, imperiya siyasətini davam etdirir. Rusiya digər dövlətlərə münasibətdə də işğalçılıq siyasətini davam etdirir”.

M.Mirəlioğlu qeyd edib ki, Rusiya hətta Azərbaycandakı 2018-ci il seçkilərinə müdaxilə etməsə belə, bu, Rusiyanın maraq dairəsində qalmaqda davam edəcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}