16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fuad Əliyev: “Gözəl Bayramlı qondarma ittihamla həbs olunub”
Tarix: 30-05-2017 13:14 | Bölmə: Siyasət


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət və bəzi təşkilati məsələlər müzakirə olunub.

Partiyadan Reyting.az-a verilən məlumata görə, toplantıda AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi də müzakirə olunub. "Gözəl Bayramlı qondarma ittihamla həbs olunub. Məmurların dövlət büdcəsini külli miqdarda talan etməsi və pulların xarici dövlətlərdə yatırılmasına göz yumulması, bunun əksinə, bir vətəndaşın ölkəyə valyuta gətirməsinə görə həbs olunması siyasi sifariş və müxalif fikirli insanlara təzyiq kimi qiymətləndirilməlidir”, - deyə ALDP sədri bildirib.

F.Əliyev qedy edib ki, G.Bayramlının qondarma ittihamlarla həbs edilməsi təkcə onun təmsil olunduğu partiyaya deyil, bütün müxalifət partiyalarına qarşı təhdiddir:

"Bəlkə haqsızlığa qarşı birlik nümayiş etdirmək lazımdır. Müxalifət partiyaları öz səslərini ucaltmasalar, bu proses digər partiyalara da tətbiq ediləcək. Müxaliflər xaricdən gələrkən belə qondarma ittihamlarla üzləşə və asanlıqla həbs edilə bilərlər".

Toplantıda partiyanın yay rejiminə keçməsilə bağlı bəzi təşkilati məsələlərə də baxılıb. Qərara alınıb ki, gələn aydan partiya öz fəaliyyətinə ara versin və daha çox rayonlarda təbliğat işlərini gücləndirsin.

Partiya sədri ötən ilin yayından bu günədək partiyanın fəaliyyətini yüksək dəyərləndirib.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}