23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Rusiya Azərbaycana növbəti problem yaratmaq istəyir
Tarix: 08-06-2017 16:07 | Bölmə: Siyasət

"On illər Avropanın qaz bazarında hegomonluq edən Rusiya artıq son illər bu bazardakı mövqelərini itirir. Avropa iqtisadi əməkdaşlığı bir saat ərzində siyasi motivlərlə poza bilən Rusiya ilə tərəfmüqabillikdən artıq çoxdan yorulub. Elə bu səbəbdəndir ki, Qoca qitə daima Rusiyanın qaz asılılığından yaxa qurtarmağın alternativ yollarının axtarışındadır”.

Reyting.az-ın xəbərinə görə, bu fikirlərin müəllifi Azərbacanın sabiq maliyyə naziri Fikrət Yusifovdur.

F.Yusifov qeyd edib ki, vaxilə ABŞ-ın da dəstəyi ilə on milyardlarla dollar xərc çəkərək Norveç qazını Avropa bazarına çatdırmaqda məqsəd Rusiya qazından asılılığı azaltmaq olub: "Amma buna baxmayaraq, bu gün Avropanın qaz təminatının 1/3-nə qədəri Rusiyanın payına düşür. Bu asılılıqdan yaxa qurtarmağın alternativ yollarından biri də Xəzər hövzəsindəki qazın Avropaya çatdırılmasıdır. TAP xətti ilə başlanğıcda Avropaya nəql ediləcək qazın həcmi ildə 10 milyard kubmetr olacaq. Bu Avropanın qaz təchizatı üçün bir o qədər böyük rəqəm deyil və ilk baxışda bundan narahat olmağa dəyməz. Lakin məsələnin başqa prinsipial tərəfləri var”.

Prinsipial tərəflərə gəldikdə, sabiq nazir qeyd edib ki, öncə "Şahdəniz-2” yatağından hasil ediləcək qazın TAP xətti vasitəsilə Avropa bazarına çatdırılması bu bazarda yeni müstəqil oyunçunun meydana çıxması demək olacaq:

"İkincisi, bu oyunçu gələcəkdə tək "Şahdəniz-2” yatağından hasil olunacaq qazı deyil, Azərbaycanın başqa böyük qaz ehtiyatları olan yataqlarından hasil ediləcək qazın, İran, İraq, Türkmənistan qazının və digər ölkələrin də qazının TANAP və TAP xətti vasitəsilə Avropaya nəqlini reallaşdıra bilər və bu kifayət qədər realdır. Bax, Rusiya "Qazprom”unun bugünkü narahatlığının kökündə dayanan əsas məsələlər də bunlardır. "Qazprom” Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir. Ancaq burada əsas olan satıcının deyil, alıcının istəyidir. Yaxşı olardı ki, başqaları ilə yersiz ironiya ilə danışmaq əvəzinə "Qazprom” rəhbərliyi Avropaya qaz nəqlini nəzərdə tutan layihələrin taleyi barədə düşünsün. Çünkü Avropa Rusiyanın qaz şantajından artıq doyub. Əgər bu gün Avropa Birliyi Rusiyadan aldığı qazın başqa alternativ variantını taparsa, o, düşünmədən siyasi təziq düyməsi ilə idarə olunan Rusiya qazından tam imtina edərdi. Qazprom rəhbərliyi bunun fərqində olsa, daha yaxşıdır. Azərbaycanın yerinə rahatsız olmağına isə dəyməz”.

F.Yusifovun fikrincə, əgər Cənub Qaz Dəhlizi layihəsinin icrası başa çatdıqdan sonra hasil ediləcək qaz cənab A.Medvedevin təsəvvür etdiyi kimi TAP kəmərini tam doldurmağa çatmasaydı, onda hər bir addımını yüz ölçüb, bir biçən BP kimi bir nəhəng ingilis şirkəti bu layihəyə milyardlarla dollar vəsait xərcləyərdimi?

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}