23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Fikrət Yusifov: “Bu, əsrin ən böyük enerji layihəsidir”
Tarix: 12-06-2017 12:07 | Bölmə: Siyasət


"Ulu Öndər Heydər Əliyev İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",- deyəndə bəziləri onun böyük siyasətə tam hazır olduğuna şübhə ilə yanaşdılar. Lakin həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi”.

Reyting.az xəbər verir ki, bu fikirlər Azərbaycanın sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun məqaləsində yer alıb.

Fikrət Yusifov yazır ki, İlham Əliyev Heydər Əliyevin bir dövlət kimi məhv olmaqdan xilas etdiyi Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırıb.

Professor daha sonra yazır:

"Son 13 ildə onun rəhbərliyi altında yaşıyıb yaradan Azərbaycan tək Cənubi Qafqazın deyil, qərblə şərqin ortalığında yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Belə uğur Heydər Əliyev siyasi və iqtisadi kursunun davamçısı İlham Əliyevin 2004-cü ildən başlayaraq apardığı düşünülmüş siyasətin məntiqi nəticəsidir.

Hakimiyyətə gəldiyi ilk gündən "biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur”,- deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək hər kəsdən daha uzağa baxmağı bacardı. Neft pullarının daimi olmadığını çox gözəl bilən İlham Əliyev ölkə iqtisadiyyatının kökülü şəkildə yenidən qurulmasına start verdi. Ölkə iqtisadiyyatının real sektorunun yüksək səviyyədə inkişaf etdirilməsinin mümkünlüyünü ona münbit fəaliyyət meydanı yaratmaqdan keçdiyini çox gözəl bilən ölkə Prezidenti 2004-cü ildən başlayaraq "Regionların sosial iqtisadi inkişaf proqramları” çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illərərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr reallaşdırıldı. Bakı şəhərinin avtomobil tıxaclarından xilas edilməsi istiqamətində nəhəng layihələr öz sözünü dedi. Bu gün dünyanın bir çox böyük şəhərləri avtomobil tıxaclarının yaratdığı problemin məngənəsində sıxıldlğı bir zamanda Bakı bu problemi arxada qoyub”.

Sabiq nazir yazır ki, görülən işlərin nəticələri özünü çox gözlətməyib. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksələ bilib:

"Bu bir neft ölkəsinin iqtisadiyyatında baş verən inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər hadisə müşahidə olunmamışdı. Bütün bu uğurlardan sonra qarşıda duran başlıca hədəf real sektordan ixracın həcmini dəfələrlə artırmaq və son nəticədə ölkə iqtisadiyyatının neftdən asılılığını tam optimal hesab edilə biləcək bir səviyyəyə çatdırmaq idi. Lakin çox təəssüflər olsun ki, heç kimin gözləmədiyi halda 2014-cü ilin ikinci yarısında etibarən dünya bazarlarında neftin qiymətləri kəskin şəkildə aşağı düşməyə başladı. Neft gəlirlərinin qısa zaman kəsiyində kəskin şəkikldə azalması ölkə iqtisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna axarlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Neftin qiymətləri ətrafında gedən siyasi oyunlar vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Baş verən bu proseslərin nə qədər davamlı olacağını müəyyənləşdirmək çətin idi və elə bu səbəbdən də Azərbaycan prezidenti gözləmə mövqeyinə qətiyyətlə "yox” deyərək ölkədə post-neft dövrünün başlandığını rəsmi şəkildə elan etdi. Yeni dövr düşünülmüş bir iqtisadi siyasətlə, praktik olaraq yeni iqtisadi modellə idarə olunmağa başlandı. 2015-ci ilin son aylarından başlayaraq ölkədə azad sahibkarlığın inkişafını təmin edə biləcək və ona hər yerdə "yaşıl işıq” yandıran çox mühüm qərarlar qəbul edildi. Azərbaycan iqtisadiyyatının bütün istiqamətlər üzrə hərtərəfli inkişafını nəzərdə tutan Strateji yol xəritələri təsdiq olundu. Bu sənədlərin işlənib hazırlanmasında beynəlxalq təcrübədə olan bütün müsbət nəticələr yerli xüsusiyyətləri nəzərə almaqla istifadə edildi və onların hazırlanması işinə dünyanın ən aparıcı mütəxəssisləri cəlb olundu”.

F.Yusifov yazır ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə rel sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verir:

"Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcəkdir. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilkin qaranquş rolunu oynayacaq.

Aqrar sektor öz inkişafının yeni mərhəlləsinə qədəm qoyb. Son bir neçə il ərzində dünənə qədər Azərbaycana valyuta gətirə biləcək texniki məhsulların – pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında inqilabi bir dönüş edildi. İndi İki il öncə cəmisi 200 kiloqram barama istehsal etmiş bir ölkə 2019-cu ildə1300 ton barama tədarükünü hədəfləyib və bu sahənin inkişafını təmin etmək üçün ötən il bölgələrimizdə 1 milyon 600 min tut ağacı əkilib.

Aqrar sektorda buna bənzər uğurlar demək olar ki, bütün məhsul növlərində əldə olunmağa başlayıb. İndi artıq ölkə rəhbərliyi qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların "Made in Azerbaijan” brendi ilədünya bazarlarında öz yerini tutması istiqamətində lazımı işlər aparır.

Bu gün Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər bir şəraiti olan ölkəmizdə cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə atılan addımların, qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. Azərbaycanın dünyaya daha yaxından tanıdılması istiqamətində atılan addımlar isə yüksək qiymətə layiqdir. Bu yöndə ilkin qaranquş rolunu ölkəmizdə birinci xanım Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən "Avrovizyon” mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Bunun ardınca ölkəmizdə bir birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi, 2015-ci ildə isə bütün dünyanı heyran edən Birinci Avropa Oyunlarının, bu ilin iyun ayında Dördüncü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Ən yüksək səviyyədə keçirilən bu tədbirlər eyni zamanda, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticələri göz qabağındadır. Bu gün ölkəmizin hər yerində, xüsusilə də Bakı şəhərində əcnəbi turistlərin sayının artdığı açıq-aşkar görünür.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhvəverməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində bölgənin nəhəng ticarət dəhlizinə çevirmək bacarığı oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən çəkinmədən demək olar ki, Azərbaycan bu gün qərblə şərq, cənubla şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Bu layihənin əsasını təşkil edən Qədim İpək Yolunun bir xətti olaraq şərqlə qərbi birləşdirəcək Bakı-Tibilisi-Qars dəmir yolu, Cənub– Şərqi Asiya ölkələrindən və Hindistandan tutmuş tranzit yüklərin İran vasitəsilə Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal Cənub Ticarət Dəhlizi kimi layihələr, Xəzər hövzəsinin Ələt zonasında regionda ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi bu sahədə yeni eranın təməlini qoydu. Azərbaycan bu gün həmin transmilli layihələrin reallaşdırılması sahəsində öhdəsinə düşən bütün işləri ya tam başa çatdırmış ya da başa çatdırmaq üzrədir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Prezident İlham Əliyevin şəxsi təşəbbüsünün məhsuludur . Bu layihələrin icrası əsasında Azərbaycan üzərindən daşınacaq yüz milyonlarla ton yüklər ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcəkdir.

Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Bu layihə Prezident İlham Əliyev şah əsəridir vəonun ərəsəyə gəlməsi bilavasitə Azərbaycan Prezidentinin iradəsinin və qətiyyətinin nəticəsində mümkün ola bildi. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təziqlərə baxmayaraq İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcılarının sıx əməkdaşlığı tələb edən bu Transmilli Layihənin sükanını öz əlinə aldı. On illər boy qaz təchizatnın şaxələndirməni xəyallarında yaşadan Avropa dövlətlərinin bu istəyini məhz Azərbaycan Prezidenti reallaşdıra bildi. Bu, ABŞ-ın da böyük dəstəyi ilə ərsəyə gələn əsrin ən böyük enerji layihəsidir.

Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm qərb və həm də şərq üçün sözün əsil mənasında strateji bir tərəfdaşa çevrilib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın bir ay içərisində Azərbaycan Prezidentinə ünvanladığı iki məktubda ölkəmizlə münasibətlərə və bu münasibətlərin gələcəyinə verdiyi yüksək qiymət ABŞ kimi nəhəng bir ölkənin bölgədə Azərbaycanın simasında özünə ən etibarlı tərəfdaş seçməkdə qərarlı olduğunu ortaya qoydu.

Müasir və öz multikultural dəyərləri ilə dünyavi bir dövlətə çevrilmiş gənc Azərbaycanın qısa zamanda əldə etdiyi bu uğurlar İlham Əliyevin gecəli-gündüzlü apardığı gərgin fəaliyyətin məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan, iqtisadi cəhətdən tənəzzül içərisində boğulan, öz iqtisadi və siyasi müstəqilliyini tam itirmiş, əhalisi səfalət üzündən kütləvi şəkildə immiqrasiya edən Ermənstana acizlik içində boğulan və bundan sonra nə edəcəyini bilməyən bir dövlət kimi baxmaqda tam haqlıdır.

Bu gün Azərbaycan öz iqtisadi qüdrətinə uyğun qurduğu orduya söykənib Ali Baş Komandan İlham Əliyevin bir göstərişi ilə işğal altındakı torpaqları bir neçə gün ərzində azad etmək iqtidarındadı. Lakin biz həmişə sülh tərəfdarı olmuşuq.

Ötən ilin aprel ayında Azərbaycan ordusunun hərbi uğurları çox mətləblərə aydınlıq gətirdi. Bu gün Ermənistan mətbuatında bizə qarşı ən radikal mövqedə dayanan erməni siyasətçiləri belə Xocalı qatili Serj Sarkisyanı "İlham Əliyev dedi vəelədi, bəs sən nə edirsən?” deyərək onu aşağılayır və Azərbaycanla hesablaşmağa çağırırlar. Çünki az-çox ağlı başında olan bu siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan kimi güclü və qüdrətli bir dövlətlə hesablaşmamaq artıq onların sonunu yaxınlaşdırır.

İlham Əliyevin rəhbərliyi altında bu günə gəlib çatmış Azərbaycan dövləti artıq tək Azərbaycanda yaşayan azərbaycanlıların deyil, əlli milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil!”






Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}