Həmsədrlərin Azərbaycana səfəri başlayıb
Tarix: 19-06-2017 10:44 | Bölmə: Siyasət


ATƏT-nın Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayır. Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Həmsədrlər ötən həftə Ermənistan və Dağlıq Qarabağda olublar. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}