23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Partiya sədri bəzi nazirliklərin ləğvini tələb edir
Tarix: 19-06-2017 16:21 | Bölmə: Siyasət

"Azərbaycanda bir neçə dövlət qurumunu çıxsaq digər dövlət qurumlarının heç biri işləmir. Fövqəladə Hallar Nazirliyi demək olar ki, ölkəmizdə çox böyük işlər həyata keçirməkdədir. Bu qurumla bağlı indiyə qədər hər hansısa neqativ hala, rüşvət məsələlərinə rast gəlinməyib. Sağ olsun, Ramil Usubov, DİN də dövlətçiliyin keşiyində ayıq-sayıq dayanıb, Dövlət Gömrük Komitəsi də həmçinin, açıq formada fəaliyyət göstərir. Amma digər nazirliklər və komitələr haqqında bunu söyləmək mümkün deyil”.

Reyting.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, qiymətin ceyranın belində olması səbəbindən AZAL sədri Cahangir Hacıyevin təyyarələri boş gedib gəlir:

"Belə baxanda AZAL da işləyir, hər gün təyyarələri uçur. Amma boş gedib-gəlir. Cahangir Hacıyev öz biznesini inkişaf etdirir. Bir çox dövlət qurumlarında isə arxa kabinetlər, katibələr işləyir. O kabinetlərdəki çarpayı və divanları yığışdırmaq lazımdır. Məsələn, Statistika Komitəsi kimə lazımdır? Ayıb olmasın, onlar nəyin statistikasını aparır? Bu adam quş həvəskarıdır, axşama kimi cavan qızları yığır idarəyə.

Yaxud digər nazirliklər onun-bunun qulağını kəsməklə məşğuldur. Bu kimi nazirliklər ləğv olunmalı, sahibkarlığın inkişafı üçün real addımlar atılmalıdır”.

H.Hacıyev deyib ki, hansısa məmurların adını çəkdikdə onu qərəzli olmaqda ittiham edirlər:

"Hardadır burda qərəz? Ölkədə baş verən bahalaşmanın da baiskarı mənəm? Bir daha təkrar edirəm, yaxın vaxtlarda bu nazirliklər ləğv edilib islahatlar başlanmasa, sahibkarlığa kömək göstərilməsə, prezident seçkiləri ərəfəsi ölkəmizdə ciddi ərzaq qıtlığı yarana bilər".

 

 





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}