16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dağlıq Qarabağdakı separatçılar yeni başçı axtarır
Tarix: 01-07-2017 17:19 | Bölmə: Siyasət


Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır.

Reyting.az saytı "Report”a istinadla xəbər verir ki, işğalçı rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu on günlüyündə qondarma rejiminin "parlament"i yeni "prezident" seçəcək.

Onun sözlərinə görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başçılıq edəcək, ondan sonra isə qondarma rejimin "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcəklər.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir "seçki"nin nəticələrini tanımır.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}