13:05 / 19-07-2017
DTX 6 casus yaxalayıb
Həmsədrlər Qarabağa gəlib - Görüş
Tarix: 17-07-2017 14:06 | Bölmə: Siyasət / Xəbər lenti


Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen iyulun 17-18-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər ediblər.

Reyting.az APA-ya istinadla xəbər verir ki, səfərin məqsədi İşçi Qrupunun sülhyaratma fəaliyyətini davam etdirmək üçün əlaqələrin bərpa olunmasıdır.

Beynəlxalq İşçi Qrupunun üzvləri 2017-ci ilin yanvar ayında Bakıda səfərdə olub, Azərbaycanın rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər.

İyulun 15-də Ermənistan Respublikasının İtkin Düşmüş Şəxslər, Əsir və Girovlarla iş üzrə Dövlət Komissiyası Beynəlxalq İşçi Qrupunun nümayəndəsini qəbul edib.

Həmsədrlərin bu görüşləri məhsuldar və ümidverici olub.

Xatırladaq ki, Beynəlxalq İşçi Qrupunun nümayəndələri sülhyaratma fəaliyyətinə 90-cı illərin əvvəllərində başlayıblar.





67 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
19-07-2017, 13:05 DTX 6 casus yaxalayıb
18-07-2017, 12:46 İran odla oynayır