14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
“Ola bilsin, Seçki Məcəlləsində hansısa dəyişiklik edilsin” - Deputat
Tarix: 10-08-2017 16:26 | Bölmə: Siyasət


2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yayılan xəbərlərə görə, qarşıdakı seçki marafonu ərəfəsində Seçki Məcəlləsinə hansısa dəyişiklik edilə bilər.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə isə məsələyə münasibət bildirərkən Modern.az-a deyib ki, Seçki Məcəlləsinə hər hansı ciddi dəyişiklik edilməyəcək: "Amma nəzərə alsaq ki, 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına seçki ilə bağlı bəzi məsələlərdə dəyişiklik edildi, Azərbaycan xalqı bu dəyişikliklərə səs verdi, ola bilsin ki, həmin boşluğun qanunauyğun doldurulması üçün hansısa dəyişiklik edilsin. Amma bütün hallarda, yəni indiki Seçki Məcəlləsi, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər hesab edirəm ki, ən demokratik seçki sisteminin həyata keçirilməsi üçün qüvvədə olan qanun bazasından biridir”.

 




102 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər