16:19 / 18-10-2018
Köçəryan partiya yaradır
Ayaz Mütəllibov məsuliyyəti Moskvanın üzərinə atır
Tarix: 15-08-2017 18:42 | Bölmə: Siyasət

Ayaz Mütəllibov məsuliyyəti Moskvanın üzərinə atır

Tarixdən azərbaycanlıların bir neçə dəfə Ermənistandan deportasiya olunduğunu bilirik.

1905-1907, 1918-1920, 1948-1953-cü il. Sonuncu deportasiya isə 1988-ci ildə olub. Bu dəfə azərbaycanlıların deportasiya olunması həm də növbəti işğal planının tərkib hissəsi idi. Təəssüf hissi ilə deyə bilərik ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasını beynəlxalq aləmə çıxara bilməmişik.

Reyting.az-ın xəbərinə görə, əslən Qərbi Azərbaycandan olan deputat Musa Quliyev Modern.az-a deyib ki, deportasiya məsələsində ən böyük səhvimiz deportasiya olunan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi olub:

"SSRİ dağılana qədər o insanların ata-baba yurdlarına qayıtmaq ümidi olsa da, sonrakı proseslər bu imkanı heçə endirdi. Sonra bu insanlara Azərbaycan vətəndaşlığı verildi ki, fikrimcə, bu doğru addım idi”.

Eks-prezident Ayaz Mütəllibov isə deputatın fikirlərinə cavab verərkən bildirib ki, o zamankı SSRİ hakimiyyəti planlar üzərində iş görürdü:

"SSRİ Nazirlər Sovetinin qərarı idi. Ermənilər isə həmişə Dağlıq Qarabağda azərbaycanlıların sayının artmamasına çalışıblar. Çünki belə olmasaydı ermənilər Dağlıq Qarabağda azlıq təşkil edərdilər. Bununla da onların Qarabağ ətrafında apardıqları siyasət buxovlanmış olardı. Mərkəzdən bizə icazə vermirdilər ki, deportasiya olunan insanlarımızı Dağlıq Qarabağa yerləşdirək. Bu mümkün olan şey deyildi. Hansısa birimiz bu cür məsələlərdə kəskin fikir bildirəndə dərhal adımızı "millətçi” qoyurdular. Neçə-neçə yüksək postda qərarlaşan insanlarımızın aqibəti bəllidir”.

Eks-prezident bildirib ki, 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan insanlara görə o zamankı rəhbərliklə üz-üzə də gəlib:

"1988-ci ildə Qərbi azərbaycanlılar deportasiya olunanda həm SSRİ rəhbərlərinin, həm də Qorbaçovun qarşısında etirazımı bildirmişdim. Dəfələrlə, Qorbaçovla bu məsələdə mübahisələrim olurdu. Bu məsələni gündəmə gətirdiyimə görə hədə-qorxu gəlirdilər. Çox keçmədi ki, 2 ildən sonra - 1990-cı ildə 20 Yanvar hadisələrini törətdilər.

Təbii, yenə də erməni lobbiçiliyi elə güclü idi ki, bu məsələni nəzarətdə saxlayırdılar. Bir dəfə SSRİ rəhbərliyinə dedim ki, baxın, görün nə edirsiniz. Azərbaycanda yaşayan ermənilərin sayı 300-500 min arasındadır. Siz isə bütün Ermənistan vətəndaşı olan azərbaycanlıları qovmuşunuz. Bakıda isə 250 mindən çox erməni yaşayır. Qeyri-mütənasibliyi necə izah edəcəksiniz? Onlar məni ağıllı olmağa çağırırdılar”.

A.Mütəllibov qeyd edib ki, o zaman faktiki olaraq, azərbaycanlılar deportasiya olunsa da, SSRİ rəhbərliyi deportasiya sözünü işlətmirmiş.

Reyting.az






Bölməyə aid digər xəbərlər
16-10-2018, 20:23 Paşinyan istefa verdi