04:10 / 29-03-2024
Ermənistan KTMT-də iştirakını dondurub
03:54 / 29-03-2024
Məşhur jurnalisti öldürmək istəyirlər
03:18 / 29-03-2024
UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər
03:14 / 29-03-2024
Müqavilə imzalanıb: Ukraynaya bir milyon mərmi göndərirlər
03:01 / 29-03-2024
Klinton və Obama Baydeni dəstəkləmək üçün Nyu-Yorka gəlib
02:52 / 29-03-2024
Lavrov: “Putin Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarına təəccübləndi”
02:32 / 29-03-2024
Kiyevin süqutundan danışırlar: Ukraynanın müttəfiqləri ən pis ssenariləri nəzərdən keçirir
02:21 / 29-03-2024
Tanınmış jurnalist vəfat edib
01:53 / 29-03-2024
Ukrayna xəbərdar edir: Qara dənizdə təhlükə yenidən artıb
01:05 / 29-03-2024
Rusiya bazarını tərk edən şirkətlərin itkisi 107 milyard dolları ötüb - Foto
00:50 / 29-03-2024
Avtobus qəzasında 45 nəfər həyatını itirib
00:46 / 29-03-2024
Simonyan: “Müttəfiqimiz Rusiya ən kritik anda bizi aldatdı”
00:35 / 29-03-2024
Makron Ukrayna məsələsində özünü "Uşaq kralı" kimi aparır
00:01 / 29-03-2024
Hikmət Hacıyev: "Çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik” - Video
21:47 / 28-03-2024
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
20:22 / 28-03-2024
Yazıçı Akif Əli ittifaq sədri seçilib - Fotolar
18:59 / 28-03-2024
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:04 / 28-03-2024
Mingəçevirdə yataqxanada yanğın olub
17:51 / 28-03-2024
Əfqanıstanda güclü zəlzələ baş verib
17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
17:32 / 28-03-2024
ARKA-da işçi qrupu yaradılır, yeni film çəkilir
17:29 / 28-03-2024
İcra başçısının qardaşını öldürən şəxsə hökm oxunub
17:24 / 28-03-2024
Yalnız üç növ silah Ukraynada müharibənin gedişatını dəyişə bilər
17:17 / 28-03-2024
ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq
17:16 / 28-03-2024
Premyer Liqa: növbəti turun təqvimi açıqlanıb
17:07 / 28-03-2024
Taksilərdə POS-terminallar quraşdırılacaq
16:57 / 28-03-2024
Taksilər yalnız iki rəngdə olacaq
16:37 / 28-03-2024
Nazirlər Kabineti taksilərlə bağlı yeni tələbləri təsdiqləyib
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
13:26 / 24-03-2024
Bakıya yağış, rayonlara qar yağacaq
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
Siyasi şərhçi: Qarabağla bağlı təslimçi sülhün detalları konkretləşir
Tarix: 22-08-2017 13:17 | Bölmə: Siyasət
Bir müddət əvvəl Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılmasının Azərbaycan-Rusiya siyasi münasibətlərinə təsirləri, bu sazişdən sonra Qarabağ məsələsində gözlənilən durumdan bəhs edən yazısının ardınca, siyasi şərhçi Nəsimi Məmmədli yeni bir yazısını oxucalarına təqdim edib.
Nəsimi Məmmədli yazır ki, ölkəmizin hazırkı sosial-siyasi durumu, habelə gələcəyə yönəlik daxili və xarici siyasəti heç bir ümidverici proqnozlarla təsəlli edilə bilməz:
İndiyədək aparılan siyasət faktiki olaraq dövlətimizi olduqca əlverişsiz və zəif hala salıb. Öz vətəndaşlarından başqa heç kəsə güc göstərmək imkanı qalmayan hökumətin indi xarici təzyiqlər qarşısında müqavimət imkanları da xeyli tükənib və dövlət üçün real təhlükələr artmaqdadır. Xüsusilə də qlobal siyasi güclər arasında artan ziddiyyətlər ölkəmizi çətin dilemma qarşısında qoyur.
Azərbaycanın zəiflədiyi dönəmlərdə məkrli düşmənlərimiz havadarlarının dəstəyi ilə bundan maksimum faydalanmağa cəhd edib və təəssüf ki çox zaman bu cəhdlərini reallaşdıra biliblər. Yenə də erməni siyasi dairələrində belə bir qənaət yaranıb ki, Azərbaycan hökumətini ciddi güzəştlərə məcbur etmək üçün fürsət yaranmaqdadır.
Son dövrlər hüquq-mühafizə orqanlarının birgə bəyanatında səslənən “orduda casusluq” iddiaları ilə bağlı müzakirələr də göstərir ki, istər Rusiyanın, istərsə də Ermənistanın Azərbaycanın real durumu ilə bağlı ən konfidensial bilgilərə çatmaq imkanları olub. Rusiya və Ermənistan siyasi dairələrindən gələn açıqlamalar göstərir ki, onlar dövlətimizin zəifləməsinin dərinləşdiyi andan etibarən, paralel olaraq Qarabağla və Avrasiya İttifaqı ilə bağlı hərbi-siyasi təzyiqləri daha da artıracaqlar. Yaxın bir neçə il ərzində Azərbaycan hökumətinin daxili siyasəti nəticəsində cəmiyyətin güzəştə, təslimçi təkliflərə ən az müqavimət göstərəcəyi məqamın yetişəcəyini hesablayırlar.
Çağdaş beynəlxalq siyasi konyuktura tədricən Rusiyanın əleyhinə inkişaf etdiyi üçün Rusiya tez bir zamanda sərhədlərinə yaxın ölkələrdə öz təhlükəsizliyi üçün daha konkret qarantiyaya can atır. Azərbaycan faktiki olaraq Rusiyanın siyası orbitində olsa da, bu durum sürüşkəndir və indi Rusiyanı qane etmir. İsrarla Azərbaycanı da rəsmi şəkildə öz çətiri altına çəkməklə həm RF daxilində, həm də xaricində müvəqqəti üstünlük əldə etməyə, sanksiyaların psixoloji təsirlərini qismən azaltmağa ümid edir.
Qərb isə artıq heç bir strateji siyasi məsələni Azərbaycan hökumətindən israrla tələb etmir. Bir tərəfdən Rusiyanın aqressiv yanaşmalarına bəhanə verməmək üçün hələlik regionda öz siyasətini passiv fazaya keçirib, digər tərəfdən isə Azərbaycan hökumətinin apardığı siyasətə görə ölkəmizin qərb üçün cazibəsi də xeyli azalıb. Hətta müəyyən diplomatik qaynaqlardan sızan bilgilərə görə, qərb dairələri siyasi həbslər, söz, ifadə, siyasi və digər azadlıqların kobud şəkildə boğulmasına öncəki reaksiyasını da ertələyib. Artıq qərb standartlarının kiməsə zorla qəbul etdirilməsi siyasətindən əsasən imtina edilib. Əgər könüllü şəkildə bu standartları qəbul edirsənsə, buyur gəl, etmirsənsə, özün bilərsən.
Faktiki olaraq ölkəmiz güclü qərb müttəfiqlərinin dəstəyindən məhrum olmağa doğru addımladıqca, Qarabağla bağlı təslimçi sülhün detalları da konkretləşir. İndi Rusiya çətin sosial-iqtisadi durumla üzləşən, Qarabağla bağlı heç bir konsepsiyası olmayan Azərbaycan hökumətinə elə bir təklif verməlidir ki, o, həm öz cəmiyyətində güclü görünsün, həm də Qarabağla bağlı güzəştləri qəbul etməyə məcbur olsun. Hətta Ermənistanın guya Rusiyadan qərbə doğru üz çevirməsi görüntüsü ilə Azərbaycan cəmiyyətini rahatlatmaq və hökumətin arqumentlərini gücləndirmək üçün müxtəlif variantlar üzərində çalışmalar var. İstər Ermənistanın NATO təlimlərində iştirakı, istər KTMT-dən çıxmaqla bağlı səslənən bəyanatlar, istərsə də qərblə və İsraillə aparılan fəal diplomatiyanın arxasında Azərbaycanı Rusiyaya daha sıx bağlamaq üçün müəyyən gedişlər hazırlanır.
Rusiya və Ermənistan ittifaqı indiki geosiyasi şəraitdə Azərbaycan hökumətinin siyasi səhnədən tam atılacaq hala gəlib çatmasından heç nə qazanmadıqlarını yaxşı anlayır və bu situasiyanın dərinləşməsində maraqlı deyillər. İstənilən yeni hökumət dəyişikliyi bu cütlüyə yeni situasiya və həlli çətin əlavə problemlər yarada bilər. Bütün siyasi məsələləri, xüsusilə də Qarabağ məsələsini tamamilə öz inhisarına almağı bacarmış bir iqtidardan istənilən güzəştləri almaq daha asan olduğundan, onun davam etməsinə bütün vasitələrlə yardımçı olmağa çalışırlar. Rusiyaya müttəfiqsiz və zəif Azərbaycanı öz birliyində görmək, Ermənistana isə Qarabağa sahib olmaq üçün Azərbaycan dövləti adından imzalanan təminatlı sülh müqaviləsi lazımdır. Ermənistan anlayır ki, danışıqlar sonsuza qədər uzana bilməz və bir gün müharibə yenidən alovlana bilər. Rusiyanın üzləşdiyi situasiyanı da təhlil edən erməni dairələri anlayır ki, gələcəkdə Rusiyanın hərbi-siyasi dəstəyi öz həlledici əhəmiyyətini itirə bilər. Odur ki, rəqiblər indi ən sərfəli variantları məhz bu əlverişli zamanda dəyərləndirməyə çalışırlar.
Ermənistan anlayır ki, indiyədək beynəlxalq hüquqa məhəl qoymadan işğalı davam etdirsə də, bir gün bu ərazilərdən çəkilməlidir. Qarabağ ətrafındakı ərazilərin işğalda qalması artıq Rusiya üçün də baş ağrısına çevrilib. Hətta Rusiyanın ölkəmizlə bağlı bir sıra strateji planları məhz bu işğal faktına görə öz həllini tapa bilmir. Rusiya müəyyən əraziləri Azərbaycana qaytarmaqla daha böyük uduş əldə edəcəyini düşünür. Azərbaycanda Rusiyanın strateji birliklərinə qoşulmaq istiqamətində müsbət ictimai rəyin formalaşması, “xilaskar və böyük qardaş” təbliğatına yenidən ciddi zəmin yaradılması, qərbin regiona təsirlərinin tamamilə zəiflədilməsi, habelə aktiv münaqişəni önləməklə regionda söz sahibi kimi uzunmüddətli qalmağa təminat qazanmağı hədəfləyir.
Rusiyanın regionda möhkəmlənməsi İranın da maraqlarına cavab verir. Hazırda Rusiya və Ermənistan faktiki olaraq işğalın uzanmasından heç nə əldə bilmirlər.
İndi yeganə problem “Dağlıq Qarabağ”ın statusu ilə bağlıdır. Erməni tərəfi “Dağlıq Qarabağ”ın müstəqil dövlət kimi tanınması müqabilində sülhə razıdır. Ən pis halda isə “Dağlıq Qarabağ”ın müəyyən müddətdən sonra referendumla müstəqil dövlət olması yolunda ciddi beynəlxalq təminat almadan işğal etdiyi ərazilərdən çəkilmək niyyətində deyil. Azərbaycan ona ərazi bütövlüyü çərçivəsində ən yüksək statusu verməyə hazır olduğunu bəyan etsə də, bu, erməniləri qane etmir. Erməni tərəfi öz üstünlüyünü yalnız Azərbaycanın güzəştlərinə dəyişmək niyyətindədir. Rusiyanın müəyyən etdiyi səddi aşaraq Azərbaycan hökumətinin hərbi əməliyyatlar aparmaq iradəsinin olmaması da onları xeyli arxayınlaşdırıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri “Dağlıq Qarabağ”ın yekun statusu ilə bağlı hər iki tərəfi qane edən yekun sənədi ortaya qoya bilmədikləri üçün, bir tərəfdən “öz müqəddəratını təyinetmə”, digər tərəfdən isə “ərazi bütövlüyü” prinsipinin arasında silahlı qüvvələrdən istifadə etmədən yeni kompromis variant hazırlayıblar. Bu varianta əsasən “Dağlıq Qarabağ”a təhlükəsizlik və özünüidarə hüququnu təmin edən müvəqqəti statusun verilməsi, “Dağlıq Qarabağ”ın ətraf ərazilərinin (5 rayon Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun 13 kəndinin) Azərbaycanın nəzarətinə qaytarılması, “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən dəhlizin tanınması, iradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi, bütün məcburi köçkünlərin öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququna təminat verilməsi, sülhməramlı qüvvələrin daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin yaradılmasından ibarətdir.
Faktiki olaraq bu variantda Kəlbəcər və Laçının taleyi qeyri-müəyyən olaraq qalır, habelə Qarabağın zamanla hüquqi baxımdan itirilməsi reallaşa bilər. Yanlış olaraq problemi tamamilə öz inhisarında saxlayan Azərbaycan hökumətinin bu plana yetərli müqavimət göstərməyə siyasi iradəsi çatacaqmı? Bunu birmənalı demək çətindir. Yubanmadan cəmiyyətin bütün fəal kəsiminin iştirakı ilə Qarabağla bağlı ardıcıl və sistemli müzakirələrə başlamaq, habelə vahid siyasi-hərbi mövqe ortaya qoymaq vacibdir. Qarabağ məsələsində heç kim yaxasını kənara çəkməməli, əgər imkanı yalnız bir kəlmə söz söyləməyə çatırsa, onu mütləq deməlidir.
Bölməyə aid digər xəbərlər

Dünən, 14:25
Yeni Kaledoniyada yenə Azərbaycan bayrağı qaldırılıb
Dünən, 12:43
Köçəryan: “Sülh üçün bir yoldan keçmək lazımdır”
27-03-2024, 18:01
XİN: "Ermənistan və erməni lobbi qrupları əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidir"
27-03-2024, 13:13
Xocalıya ilk köçün tarixi bəlli olub
27-03-2024, 12:26
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
27-03-2024, 09:13
XİN: "Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır"
26-03-2024, 20:39
Putin Xarkovu ələ keçirdikdən sonra müharibəni dayandıra bilər
26-03-2024, 11:12
Hikmət Hacıyev: "Azərbaycan vahid Çin siyasətini dəstəkləyir"
25-03-2024, 15:07
İki prezident Avropanı müharibəyə hazırlaşmağa çağırır
25-03-2024, 14:45
Mətbuat Şurası: "Rusiyalı teleaparıcının əməllərinə layiqli hüquqi qiymət verilməlidir"
24-03-2024, 01:29
Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb
23-03-2024, 17:35
Rusiya neftayırma zavodlarını Ukraynadan qoruya bilməyəcək - Kəşfiyyat
23-03-2024, 15:33
Ceyhun Bayramov Lavrovla telefonda danışıb
23-03-2024, 00:10
Hakan Fidan Sergey Lavrova başsağlığı verib
22-03-2024, 21:00
Navalnıya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilib
22-03-2024, 09:36
BMT süni intellektlə bağlı qətnamə layihəsi qəbul edib
21-03-2024, 18:05
Hikmət Hacıyev: "Azərbaycan Çinlə bütün sahələrdə əməkdaşlığa qətiyyətlə sadiqdir"
21-03-2024, 17:41
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
20-03-2024, 12:14
Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
19-03-2024, 17:51
Rusiya İstintaq Komitəsinin sədri Azərbaycana gəlib
19-03-2024, 17:38
Ceyhun Bayramov Çin səfirini qəbul edib
19-03-2024, 15:05
Peskov: "Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir"
19-03-2024, 12:56
Qazaxıstan və Türkiyə Xəzər dənizi ilə bağlı mühüm müzakirə aparıb
19-03-2024, 12:24
İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir
19-03-2024, 10:59
Hakan Fidan: “Lavrovla dialoq alınır”
18-03-2024, 16:56
YAP İdarə Heyəti iclas keçirib
18-03-2024, 14:29
Ceyhun Bayramov NATO-nun Baş katibi ilə görüşüb - Fotolar
18-03-2024, 13:34
Rusiyada seçki: 87,1 milyondan çox vətəndaş səsvermədə iştirak edib
18-03-2024, 13:33
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
18-03-2024, 11:22
Hikmət Hacıyev Pekində Pakistanın Çindəki səfiri ilə müzakirə aparıb
18-03-2024, 09:00
Putin prezident seçkilərinin liderdir
17-03-2024, 12:16
“Kompas” səmtini azıb
16-03-2024, 23:03
Rusiyadakı prezident seçkilərində seçici fəallığı açıqlanıb
16-03-2024, 16:47
Xocalıda kütləvi məzarlıq: 8-nin şəxsiyyəti müəyyən edilib (Fotolar)
16-03-2024, 13:33
Partiyanın adı dəyişdirilib
15-03-2024, 23:57
Berbok Şoltsu Ukraynaya raket verməyə razı salmaq istəyir
15-03-2024, 16:59
Ceyhun Bayramov Hakan Fidan ilə görüşüb
15-03-2024, 16:20
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri ilə görüşüb
15-03-2024, 16:16
Məhkəmə “Toplum TV”-nin həbsdəki əməkdaşları ilə bağlı qərar verib