17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti görüşü olacaq
Tarix: 11-09-2017 10:34 | Bölmə: Siyasət
Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti görüşü olacaq

Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Tehranda keçiriləcək.

Bu barədə Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı İranın dövlət başçısı Həsən Ruhani məlumat verib.

Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan, dəmir yolu layihəsini xüsusi vurğulayıb. Bildirib ki, bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

İran Prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, İlham Əliyevi həmin tədbirə dəvət edib.

Prezident İlham Əliyev iranlı həmkarının Tehranda keçiriləcək Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünə dəvətini qəbul edərək, buna görə minnətdarlığını bildirib.

İran Prezidentinin fikirləri ilə razılığını ifadə edən dövlət başçısı Bakıda keçirilən birinci üçtərəfli görüşün əhəmiyyətinə toxunaraq Azərbaycanın bu əməkdaşlığa fəal surətdə öz töhfəsini verdiyini deyib.

Dövlət başçısı Şimal-Cənub layihəsinə toxunaraq qeyd edib ki, Azərbaycan bu layihənin fəal iştirakçısıdır. Prezident İlham Əliyev ölkələrimiz arasında dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək, dəmir yolunun inşası işlərinin yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}