Fuad Əliyev Türkiyədəki həmkarı ilə görüşüb - Fotolar
Tarix: 15-09-2017 12:32 | Bölmə: Siyasət
Fuad Əliyev Türkiyədəki həmkarı ilə görüşüb

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyə səfərindən qayıdıb.

ALDP-dən Reyting.az-a verilən məlumata görə, F.Əliyev Türkiyədə Türkiyə Liberal Demokrat Partiyası (TLDP) sədri, QHT rəhbərləri və ölkənin bir sıra siyasətçiləri ilə görüşüb.

TLDP Genel Başkanı Gültekin Tırpancı ilə partiyanın Baş Qərargahında görüşən ALDP sədri Fuad Əliyev Azərbaycan-Türkiyə münasibətləri, Dağlıg Qarabağ münaqişəsi, partiyaların ikitərəfli münasibətləri, əməkdaşlıq məsələsrini müzakirə ediblər.

Gültəkin Tırpancı bildirib ki, Azərbaycanın xalqının Qarabağ problemi bizim problemimizdir.

Fuad Əliyev öz növbəsində TLDP Genel Başkanı Gültekin Tırpancıya Qarabağ məsələsində öz mövqeyini açıq şəkildə bildirdiyinə, TLDP-nın “Xocalını unutmayaq” kampaniyasını apardığına görə minnətdarlığını bildirib.

Görüşdə TLDP Genel Başqanın müavini Ulaş Okan, TLDP Genel Başkan Yardımçısı Hüseyn Tüzün və TLDP Ankara İl Başkanı Sinan Altınkök də iştirak ediblər.

ALDP sədri F.Əliyev 3 günlük Türkiyə səfərində 5 QHT sədri ilə də görüşərək Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğundan, mövcud problemlərdən söz açıb.

F.Əliyev Ermənistanın işğalçılıq siyasəti, Türkiyənin Avropa Birliyinə üzvlüyü əngəlləyən süni maneələrə qarşı hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib.

F.Əliyev Türkiyədə keçirdiyi bütün görüşlərdə Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsinin və bunun üçün birlikdə mübarizə aparılmağın vacibliyini qeyd edib.

F.Əliyev Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırılmasında əməyi olan bütün təşkilatlara minnətdarlığını bildirib.

Fuad Əliyev Türkiyədəki həmkarı ilə görüşüb
Fuad Əliyev Türkiyədəki həmkarı ilə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}