17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənistan işğaldakı 5 rayonun qaytarılmasını mümkün sayır
Tarix: 19-09-2017 08:49 | Bölmə: Siyasət
Ermənistan işğaldakı 5 rayonun  qaytarılmasını mümkün sayır

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilk dəfə olaraq işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılacağının mümkünlüyü barədə danışıb.

Ermənistan diasporasının Yerevanda keçirilən forumunda çıxış edən Nalbəndyan erməni ictimai rəyində müzakirə edilən Qarabağ münaqişəsinin həlli üçün işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılması planı ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, burada söhbət separatçı rejimə təhlükə yaratmayan ərazilərdən gedir:

"Söhbət Qarabağın təhlükəsizliyinə təhlükə yaratmayacaq ərazilərdən gedir. Digər təfərrüatları aça bilmərəm”.

O qeyd edib ki, münaqişənin həlli yalnız dinc danışıqlar yolu ilə mümkündür və bunun alternativi yoxdur.(Strateq.az)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}