16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
Partiya dövlət başçısına təkliflər paketi göndərəcək
Tarix: 25-09-2017 12:04 | Bölmə: Siyasət
Partiya dövlət başçısına təkliflər paketi göndərəcək

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının növbəti iclasını keçirib.

Partiyadan Reyting.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın 23 sentyabr 2017-ci il tarixdə keçirilən mitinq müzakirə olunub.

Fuad Əliyev bildirib ki, partiya üzvlərinin Milli Şuranın keçirtdiyi mitinqdə aktiv iştrakı təqdirəlayiqdir. “Biz kimin təşkil etdiyi mitinqi yox, orda səslənən şuarları dəstəkləyirik. Çox təəssüf ki, bu qədər sosial problemlərin mövcüd olduğu bir vaxtda vətəndaşlar mitinqə dəstək vermədilər, digər partiyaların üzvləri də mitinqə goşulmadılar. Biz bu mitinqdən çox şey gözləyirdik, Amma mitinq istədiyimiz kimi alınmadı”,- F.Əliyev bildirib.

Daha sonra ictimai-siyasi məsələlər müzakirə olunub. Bələdiyyə və parlament seçkilərinin eyni gündə keçirilməsilə bağlı təşəbbüsün irəli sürülməsi müzakirə olunub. Çıxışçılar qeyd ediblər ki, üç il ərzində dalbadal keçirilən seçkilərə milyonlarla pul xərclənir. Bu milyonlara qənaət etmək üçün bələdiyyə və parlament seçkilərinin eyni ildə, eyni gündə keçirilməsi məqsədəuyğundur.

Bununla bağlı dövlət başçısına təkliflər paketinin hazırlanması partiyanın hüquq şöbəsinə tapşırılıb.




Bölməyə aid digər xəbərlər