Fazil Mustafa: “Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq…”
Tarix: 27-09-2017 14:22 | Bölmə: Siyasət
Fazil Mustafa: “Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq…”

Milli Məclisin deputatı Fazil Mustafa Laçın Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib.

Fazil Mustafa sosial şəbəkədəki hesabında yazır:

“Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, məni işdən müstəqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam.

Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir”.

F.Mustafa belə bir sual da ünvanlayıb:

“İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?”

Millət vəkili qeyd edib ki, öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur: “Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}