Putinlə Ərdoğan arasında anlaşma əldə olunub
Tarix: 29-09-2017 10:31 | Bölmə: Siyasət
Putinlə Ərdoğan arasında anlaşma əldə olunub

Dünən axşam Rusiya prezidenti Vladimr Putin Türkiyəyə işgüzar səfəri çərçivəsində əvvəlcə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 1.5 saat təkbətək müzakirələr aparıblar.

Görüşdən sonra hər iki lider Suriyada yeni təhlükəsizlik zolağının yaradılması, İraqın ərazi bütövlüyü və Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referenduma baxış, həmçinin ikitərəfli siyasi və ticarət münasibətləri istiqamətində çox ciddi anlaşma əldə etdiklərini bildiriblər.

Ərdoğan Rusiya ilə hər keçən gün böyüyən iqtisadi və siyasi əlaqələrin önəminə, o cümlədən kürdlərin referendumunun bölgədə yaratdığı vəziyyətə, Suriya və İraqdakı faktiki duruma diqqəti çəkib.

Putin isə deyib ki, Suriyaya dair razılaşma Rusiya və Türkiyənin ümumi uğurudur, bu ölkədə müharibənin dayandırılması üçün əsas olacaq: "Çətinliklərə baxmayaraq, biz müsbət nəticə əldə edə bilmişik. Hesab edirəm ki, bu razılaşmalar bizim ümumi, çox mühüm uğurumuzdur. Bu, həm də dostumuz cənab Ərdoğanın uğurudur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}