GUAM Azərbaycanın təklifini araşdıracaq - Fotolar
Tarix: 08-10-2017 15:04 | Bölmə: Siyasət
GUAM Azərbaycanın təklifini araşdıracaq

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşün yekununda birgə Bəyannamə imzalayıblar.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bəyannamədə GUAM təşkilatının gələcək inkişaf perspektivləri öz əksini tapıb.

Məlumata görə, Azərbaycan GUAM ölkələrinin idman oyunlarının təsis edilməsi təklifi ilə də çıxış edib.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşdən sonra mətbuat konfransında açıqlayıb.

E.Məmmədyarov deyib ki, Azərbaycan nümayəndə heyəti görüş zamanı GUAM ölkələrinin gəncləri arasında müxtəlif idman növləri üzrə idman oyunlarının keçirilməsi təklifini irəli sürüb: “GUAM-ın baş katibliyi bu oyunların təsis olunması ilə bağlı araşdırma aparacaq”.

GUAM Azərbaycanın təklifini araşdıracaq
GUAM Azərbaycanın təklifini araşdıracaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}