17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müxalifət partiyası etiraz edir - Bəyanat
Tarix: 09-10-2017 13:37 | Bölmə: Siyasət
Müxalifət partiyası etiraz edir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın keçirdiyi mitinqlər müzakirə olunub.

Reyting.az xəbər verir ki, iclasda partiya üzvlərinə mitinqlərdə iştiraklarına görə polislər tərəfindən təzyiqlərlə bağlı bəyanat gəbul olunub.

Bəyanatda bildirilir ki, son günlər mitinqlərdə iştirak edən liberal-demokratlar polis bölmələrinə çağırılır. Belə ki, İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştraklarına görə polisə çağırılıblar:

“Baxmayaraq ki, keçirilən mitinqlər icazəlidir, polis bölmələrində onlardan mitinqdə iştrak etməmək barədə ərizələrin yazılması istənilib. Polisin bu hərəkətləri ilə digər partiyaların üzvləri də təzyiqlərə məruz qalıblar.

ADP sədrinin müavini Həsrət Rüstəmov mitinqdə iştrak etdiyinə görə ümumiyyətlə işdən çıxarılıb”.

ALDP müxalifət nümayəndələrinə təzyiqlərə son qoyulmasını, Gözəl Bayramlı, İlgar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması tələb edir.

İclasda qərara alınıb ki, liberal-demokratların Musavat Partiyasının və Milli Şuranın təyin olunmuş mitinqlərində iştirakı məqsədəuyğun hesab olunsun.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}