17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ terrorçularla əlaqədə şübhəli bilinənləri müdafiə edir - Gərginlik
Tarix: 11-10-2017 09:38 | Bölmə: Siyasət
ABŞ terrorçularla əlaqədə şübhəli bilinənləri müdafiə edir

ABŞ-la Türkiyə arasında viza böhranı daha da gərginləşir.

ABŞ Dövlət Departamentinin sözcüsü Hiza Nauert gərginliklə bağlı keçirdiyi mətbuat konfransında Türkiyəyə və Ərdoğana çox mesajlar verib.

Nauert Ərdoğanın Serbiayadakı "Biz ABŞ-ın Ankaradakı səfirini qəbul etmirik, onu təmsilçisi kimi görmürük. Bir an geri çağırılmalıdır",- açıqlamasındakı çağırışına rədd cavabı verib.

Nauert qeyd edib ki, Ankaradakı səfirləri Con Bass ölkələrinin ən yaxşı diplomatlarından biridir. “Səfir Bassın Türkiyədə vəzifə daşımasından qürur duyuruq".

Departamentin sözçüsü deyib ki, Türkiyəyə qarşı viza qərarı səfir tərəfindən özbaşına verilməyib. Onun sözlərinə görə, bu qərar Departament və Ağ Evlə koordinasiyaı şəkildə verilib.

Sözçü konsulluq əməkdaşının həbsinə münasibət bildirərkən qeyd edib ki, Türkiyə iqtidarının belə addım atması onlarda bəzi suallar yaradıb. O, hətta həbs edilən konsulluq əməkdaşının indiyədək vəkillə təmin edilməməsinin də xəyal qırıqlığına səbəb olduğunu dilə gətirib.

Sonda isə o, münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən asılı olduğunu bildirib:

"Hələlik dövlət katibi Tillerson türkiyəli yetkililərə danışmayıb. Amma bildirirəm ki, bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Serbiyada ABŞ-la viza qalmaqalından danışarkən Amerikaya ciddi mesajlar verib.

Ərdoğan gərginliyi Amerikanın başlatdığını deyib:

"Bu krizi biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-dır. Baxın, ABŞ-ın yüskək çinli məmurları bizim xarici işlər naziri ilə görüşmür, belə görüşmələrə artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki bir səfirinin belə bir qərar verməsi və daha sonra "bunu dövlətim adına aldım",- deməsi düşündürücüdür”.

Ərdoğan bildirib ki, vəziyyət belədirsə, ABŞ-dakı üst qurumlarla danışacaq bir şey yoxdur: “Yox, əgər vəziyyət əksinədirsə, bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır".

Ərdoğan daha sonra deyib ki, əgər Türkiyənin səfiri belə bir iş görsə, onu bir dəqiqə vəzifədə saxlamaz:

"Sən necə Türkiyə-ABŞ münasibətlərini pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ əlaqəlisinin orada olduğu üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ-ın konsulluğuna necə sızıb və ya kim onları ora soxub?".

Ərdoğanın sözlərinə görə, heç bir dövlət bu cür agentlərə icazə və imkan verməz:

"Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".

Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi bir neçə gün əvvəl Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb və konsulluğun daha bir əməkdaşını FETÖ şübhəsi ilə həbs etmək istəyib.

Lakin həmin şəxs dünəndən konsulluğu tərk etmədiyindən türk polisi buna nail ola bilməyib. Həmin şəxsin həyat yoldaşı və övadının isə ifadələri alınıb.

Bu gün Türkiyə mətbuatı yazıb ki, türk polisi ikinci şübhəlini saxlamaq üçün konsulluq binasını ciddi nəzarətə götürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}