16:19 / 18-10-2018
Köçəryan partiya yaradır
Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişi imzalanacaq - Elmar Məmmədyarov
Tarix: 18-10-2017 13:48 | Bölmə: Siyasət
Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişi imzalanacaq

"Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir".

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Aİ-nin 10 ölkəsi ilə strateji tərəfdaşdır.

"Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Düşünürük ki, Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli olmalıdır. Avropa Komissiyasının üzvləri bu ayın sonu Azərbaycana gələcəklər. Digər dövlət qurumları da müzakirələrdə yaxından iştirak edir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Hazırda enerji sahəsində strateji əhəmiyyətə malik əməkdaşlıq mövcuddur. Bununla belə, bütün sahələri əhatə edən müzakirələrə hazırıq",- deyə E. Məmmədyarov bildirib.




Bölməyə aid digər xəbərlər
16-10-2018, 20:23 Paşinyan istefa verdi