17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya xalqları barışmaz düşmənçiliyə sürükləyir - Politoloq
Tarix: 23-10-2017 12:15 | Bölmə: Siyasət
Rusiya xalqları barışmaz düşmənçiliyə sürükləyir

Azərbaycanda çəkilmiş “Erməni faşizmi” filmi Rusiyadakı ekstremist materialların siyahısına daxil edilib. Ölkənin Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, məhkəmə qərarı ilə filmin Rusiya ərazisində nümayişi qadağan edilib.

Reyting.az-ın xəbərinə görə, “Yeni Müsavat”ın əməkdaşının apardığı araşdırmadan belə məlum olub ki, film artıq bəzi internet resuslarından da silinib.

Qeyd edək ki, 2006-ci ildə ərsəyə gələn “Erməni faşizmi” Xocalı soyqırımından bəhs edən, rus dilində çəkilən sənədli filmdir. Filmin müəllifi isə hazırda Rusiyada yaşayan, “Qarabağ” beynəlxalq fondunun prezidenti Roman Ağayev, operatoru Sahib Səfərov, montaj edəni Çingiz Mustafayevdir.

Film iki hissədən ibarətdir - birinci hissəsində azərbaycanlılara qarşı Xocalı soyqırımı, “Erməni sindromu” adlanan ikinci hissəsində isə erməni-azərbaycanlı münaqişəsinin sənədli xronologiyası, erməni xüsusi xidmətinin Azərbaycan əleyhinə terror aktları, həmçinin, əsirlərin dillərindən erməni əsirliyinə düşən azərbaycanlıların məruz qaldığı vəhşiliklər təsvir olunur.

Film 2006-cı ildə Samir Əsgərxanov adına müsabiqədə birinci yeri tutub və uzun illər Rusiyada nümayiş olunub.

Çəkdiyi filmin Rusiyada nümayişinin qadağan olunması ilə bağlı müəllif Roman Ağayevin mövqeyini öyrənmək mümkün olmayıb.

Beləliklə, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı əks etdirən filmi öz ölkəsində qadağan etməklə Rusiya bir daha ermənilərə qahmar çıxmış oldu. Və bu bir daha sübut edir ki, Rusiya Dağlıq Qarabağ məsələsində ədalətli, qərəzsiz vasitəçi ola bilməz.

Rusiya xalqları barışmaz düşmənçiliyə sürükləyir

Politoloq Elçin Mirzəbəyli deyib ki, Rusiya nəinki ədalətli vasitəçi deyil, hətta tərəfdir:

“Xocalı soyqırımının həyata keçirilməsində Rusiya hərbçiləri də iştirak edib. Həmçinin, Azərbaycan torpaqlarının işğal olunmasında iştirakçı olublar. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Münaqişənin həllinə maneə yaradan əsas faktordur. Rusiya olmasaydı, münaqişə çoxdan həll olunmuşdu. Xalqları bir-birinə düşmən etmək Rusiyanın tarix boyu istifadə etdiyi vasitədir. Moskva xalqları üz-üzə qoyur, onları barışmaz düşmənçiliyə sürükləyir. Sonra isə ”ədalətli hakim", “xilaskar” maskası taxaraq hər iki tərəfə “mən olmasam bir-birinizi məhv edərsiniz”,- deyir. Heç şübhə etmirəm ki, Xocalı soyqırımının icraçıları bu dəhşətli cinayəti Rusiyadakı bəzi hərbi-siyasi dairələrin xeyir-duası ilə həyata keçiriblər. Xocalı soyqırımı və bu kimi dəhşətli cinayətlər ona görə törədilib ki, Azərbaycan və erməni xalqı birbaşa dialoqa başlaya bilməsin".




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}