07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezident seçkiləri ilə bağlı təxribatçı çıxışlar edirlər - Deputat
Tarix: 15-12-2017 16:05 | Bölmə: Siyasət / Xəbərlər
Prezident seçkiləri ilə bağlı təxribatçı çıxışlar edirlər

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı bəzi şəxslərin növbədənkənar seçkinin keçiriləcəyi barədə məlumatlar yayaraq, vətəndaşları çaşdırdığını bildirib.

Milli Məclisin iclasında Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsində çıxış edən S. Novruzov bildirib ki, Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayır ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır.

"Bu, sırf təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yeni fikir çıxarırlar və biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik”, - deyə, S. Novruzov bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}