Sərdar Cəlaloğlu yeni qurumun yaradılmasını istəyir - Təklif
Tarix: 16-12-2017 10:51 | Bölmə: Siyasət / Xəbərlər
Sərdar Cəlaloğlu yeni qurumun yaradılmasını istəyir

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyədə keçirilən Qüdslə bağlı İslam Əməkdaşlıq Təşkilatının toplantısının nəticələrini yüksək qiymətləndirir.

ADP sədri deyib ki, Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməsi ilə bağlı İslam dövlətləri sammitinin qərarını alqışlayır.

S. Cəlaloğlu qeyd edib ki, bu cür qətiyyətli mövqeyin digər müsəlman ölkələri ilə bağlı problemlərə, o cümlədən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi məsələsində də göstərilməsi olduqca vacibdir.

Daha sonra S.Cəlaloğlu mövzu ilə əlaqədar iki təkliflə çıxış edib:

“Qüdslə bağlı son hadisə faktiki olaraq 3-cü Dünya müharibəsinin başlanmasına səbəb olmaqdadır. Dünya dövlətləri arasında müharibədən qaçmaq və yeni, sabit dünya düzəninin qurulması üçün iki təklifim var:

Birincisi, İslam Əməkdaşlıq Təşkilatı İslam Dövlətləri Birliyinə çevrilərək daha sıx inteqrasiya etmiş qurum yaradılsın.

İkincisi, müsəlman vətəndaşlarının sayı 20 milyondan artıq olduğuna görə Çin, Hindistan və Rusiya bu birliyə məşvərətçi səs hüquqlu üzv kimi dəvət edilsin”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}