16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Partiya rəhbərinin məhkəməsi təxirə salınıb - Səbəb
Tarix: 27-12-2017 10:32 | Bölmə: Siyasət / Xəbərlər
Partiya rəhbərinin məhkəməsi təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili iştirak etməyib.

Buna görə iclas yanvarın 10-na təxirə salınıb.

Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir.

Xatırladaq ki, Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb.

Son illərdə isə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}