Fuad Əliyev: “Hakimiyyət ölkədəki problemləri həll etmək fikrində deyil”
Tarix: 09-01-2018 13:49 | Bölmə: Siyasət
Fuad Əliyev: “Hakimiyyət ölkədəki problemləri həll etmək fikrində deyil”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, 2018-ci il üçün fəaliyyət proqramının təsdiqlənməsi, yanvarın 30-u partiyanın 19 illiyinin keçirilməsinə dair hazırlıq işlərinə başlanması və təşkilatı məsələlər müzakirə olunub.

Reyting.az-a verilən məlumata görə, ALDP sədri Fuad Əliyev deyib ki, hakimiyyət ölkədəki iqtisadi və sosial problemləri həll etmək fikrində deyil: “Hakimiyyətdaxili çəkişmələr bu problemləri daha da ağırlaşdırıb. Uğursuz kadr siyasəti davam edir. İqtidar illər boyu islahat adı ilə kadrların yerdəyişmə prosesini həyata keçirir. Artıq bu imkan da tükənib. Etibar etdiyi kadrları tapa bilmilər ki, boş qalan vəzifələrə təyin etsinlər. Heç bir dövlətdə islahat adı ilə yerdəyişmələr edilmir”.

Prezident seçkilərinə 10 ay qaldığına diqqət çəkən F. Əliyev qeyd edib ki, ALDP-nin əsas məqsədi təşkilatlanma işlərini və fəaliyyətini gücləndirməkdir: “Biz ədalətsizliklə mübarizəyə və xalqla bir yerdə olmağa hazır olmalıyıq.

Daha sonra partiyanın 19 illiyinin keçirilməsinə dair hazırlıq işlərinə, bəzi təşkilati məsələlərə baxılıb və 2018-ci il fəaliyyət proqramı təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}