16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“ABŞ-ın düşmənçilik hərəkətlərinə cavab verəcəyik” - İran XİN
Tarix: 13-01-2018 14:52 | Bölmə: Siyasət
“ABŞ-ın düşmənçilik hərəkətlərinə cavab verəcəyik”

İran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq cavab verəcəyini bəyan edib.

İranın Xarici İşlər Nazirliyinin (XİN)bununla bağlı bəyanatında deyilir ki, Laricaninin (İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani nəzərdə tutulur-red.) sanksiyalar siyahısına daxil edilməsinə görə ABŞ-ın qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və İran buna ciddi reaksiya verəcək.

Bəyanatda vurğulanır ki, mövcud sanksiyalar siyahısına bir neçə iranlının əlavə edilməsi haqqında ABŞ-ın qərarı İran xalqına qarşı davam edən düşmənçiliyin sübutudur.

Xatırladaq ki, bundan əvvəl ABŞ İranın Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadiq Amoli Laricanini sanksiyalar siyahısına daxil edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}