10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
Qətlə yetirilmiş müxalifət liderinə görə komitə yaradılıb - Moskvada
Tarix: 15-01-2018 11:49 | Bölmə: Siyasət
Qətlə yetirilmiş müxalifət liderinə görə komitə yaradılıb

Rusiyada fəaliyyət göstərən Ziyalılar Konqresinin təşəbbüsü ilə dövlət xadimi, üç il əvvəl qətlə yetirilmiş müxalifət liderlərindən biri Boris Nemtsovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı komitə yaradılıb.

Reyting.az-ın məlumatına görə, komitənin yaradılması ilə bağlı Ziyalılar Konqresinin saytında yayılan bəyanatda deyilir ki, Rusiyanın dövlət və siyasi xadimi Boris Nemtsovun siyasi motivli qətlindən üç il ötsə də, cinayət işinin aparılmasına baxmayaraq qətlin sifarişçiləri və dəstəkçiləri hələ də məsuliyyətə cəlb olunmayıblar. “Bu vəziyyətə görə bütün siyasi və mənəvi məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşür”,- deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra qeyd edilir ki, Boris Nemtsovun qətlə yetirildiyi yerdə xalq tərəfindən yaradılmış Memorial fəaliyyət göstərsə də, o, vandal hücumlarına məruz qalır: “Bu hərəkətlər Rusiya hakimiyyətinin tam etinasızlığı şəraitində baş verir və vandalizm hərəkətlərinə görə siyasi və mənəvi məsuliyyət iqtidarın üzərinə düşür”.

Bəyanat müəllifləri təəssüflə qeyd edirlər ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq Moskva şəhərinin hakimiyyət orqanları Nemtsovun qətlə yetirildiyi yerdə xatirə nişanın və mərhum siyasətçinin abidəsinin qoyulmasından imtina edir: “Boris Nemtsovun adının xarici ölkələrdə əbədiləşdirilməsinə Dövlət Dumasının reaksiyası isə təəccüb doğurur”.

Komitə B. Nemtsovun adının əbədiləşdirilməsi, xatirəsinin anılması üçün tədbirlər təşkil etmək qərarı verib və Rusiya hakimiyyətini mərhum siyasətçinin qətlə yetirildiyi yerdə - Böyük Moskva Körpsündə xatirə nişanın qoyulması və adının əbədiləşdirilməsi üçün tədbirlər görməyə çağırır.

Qeyd edək ki, yazıçılar Vladimir Voynoviç və Viktor Şendoroviç, siyasətçilər Mixail Kasyanov, Gennadi Qudkov, Dmitri Qudkov, Vladimir Rıjkov, Leonid Qozman və Lev Ponamaryov, tarixçi Andrey Zubov, prezidentliyə namizəd Kseniya Sobçak, hüquq müdafiəşiləri Lüdmila Alekseyeva və Zoya Svetova kimi şəxslərin imzaladığı bəyanatda jurnalist-politoloq Xəqani Cəfərovun (Xəqani Cəfərli) da imzası var.

Reyting.az




Bölməyə aid digər xəbərlər