AŞPA-nın yeni sədri seçiləcək - Sessiya
Tarix: 22-01-2018 09:39 | Bölmə: Siyasət
AŞPA-nın yeni sədri seçiləcək

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

Sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək.

Bundan başqa, Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr Van der Bellen iclasda çıxış edəcəklər. Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan AŞPA deputatları qarşısında məruzə edəcək.

Yanvarın 26-da isə sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı hesabat müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.

Sessiya yanvarın 26-da başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}