14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlyas İsmayılovu yenidən sədr seçiblər - Qurultay
Tarix: 28-01-2018 00:25 | Bölmə: Siyasət
İlyas İsmayılovu yenidən sədr seçiblər

Ədalət Partiyasının 6-cı qurultayı keçirilib.

Reyting.az-ın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının akt zalında baş tutan ali yığıncaqda 200-dən artıq qurultay nümayəndəsi, o cümlədən qonaqlar iştirak ediblər.

Ədalət Partiyasının sədri İlyas İsmayılov məruzəsində hakimiyyətin apardığı siyasəti tənqid edib. O, hakimiyyəti ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ümid bağlamamağa, Dağlıq Qarabağ problemini xalqın və Azərbaycan Ordusunun gücünə həll etməyə çağırıb.

İ. İsmayılov hakimiyyətin təhsil və səhiyyə siyasətini də tənqid edib.

Tədbirdə qonaq qismində iştirak edən partiya rəhbərlərindən VAMBP sədri Hacıbaba Əzimov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VİP sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu çıxış edərək, İlyas İsmayılovun Azərbaycan siyasətindəki rolundan söz açıblar.

Qurultayda İlyas İsmayılov yenidən Ədalət Partiyasının sədri seçilib.

Partiyanın digər seçkili orqanlarına da seçkilər keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}