FTB-nin direktor müavini istefa verib
Tarix: 29-01-2018 21:40 | Bölmə: Siyasət
FTB-nin direktor müavini istefa verib

Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Makkeyb istefa verib.

Bu barədə NBC telekanalı məlumat yayıb.

E. Makkeyb ötən ilin may-avqust aylarında FTB direktorunun səlahiyyətlərini icra edib. İstefanın səbəbləri hələ ki, açıqlanmır.

“The New York Times” qəzetinə görə, Endryu Makkeyb Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmada fəal iştirak edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}