Türk ordusu şiddətli döyüşlərə başlayıb
Tarix: 04-02-2018 10:37 | Bölmə: Siyasət
Türk ordusu şiddətli döyüşlərə başlayıb

"Zeytun budağı" əməliyyatı çərçivəsində dünən gecə Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrinin qərb istiqamətindən də hücuma keçib.

Mia.az-saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatın 15-ci günü TSQ və Azad Suriya Ordusunun (ASO) üzvləri Afrinin qərbində PKK/PYD-li terrorçuları ilə şiddətli döyüşə başlayıblar:

"Türk ordusu şiddətli döyüşdən sonra Raco bölgəsini də terrorçulardan təmizləyib. Hazırda Racodan 6 kilometr məsafədə yerləşən 1027 adlı strateji yüksəkliyin ələ keçirilməsi istiqamətində əməliyyat davam edir. Bu əməliyyata Türkiyə Ordusu və ASO-nun 200 üzvü ilə yanaşı, 20 türk komandosu qatılıb. Havadan top və təyyarələr, qurudan isə tanklar dəstək verir. İHA-lar günboyu kəşfiyyat apararaq, terror təşkilatının mövqelərini müəyyən edir".

Qaçmağa çalışan PYD daha 13 nəfər itirib

Məlumatda o da qeyd olunur ki, ötən PYD-li terrorçular ASO-nun mövqeyi istiqamətindən Türkiyə mövqelərinə sızmaya çalışıb. Lakin geri otuzdurlan PYD-lilər 13 döyüşçüsünün meyitini də götürə bilməyib. Bundan əlavə, Xalil Polad adlı Türkiyə kökənli PYD üzvü yaxalanaraq Türk Ordusuna təslim edilib: “Hazırda Cinders bölgəsi istiqamətindəki bütün terror mövqeləri bombalanır. Racodan sonra Cinderes kəndi də təmizləndikdən dərhal sonra Afrinin mərkəzinə girilməsi hədəflənir".

Terrorçuların meitlərini digərləri basdırır

Əməliyyat başlayandan bu günə qədər meyitləri ortalıqda qalan terrorçuları ASO üzvləri Türk Ordusunun nəzarəti altında basdırır: "Dəfn prosesində ərəbcə "Biz torpaqlarımızı terrorçulardan təmizləyirik. Məsum kürdlər bizim qardaşlarımızdır, ailəmiz kimidir, heç bir problem yoxdur",- deyilir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}