Hakim partiya qurultay tarixini açıqlayıb
Tarix: 05-02-2018 19:25 | Bölmə: Siyasət
Hakim partiya qurultay tarixini açıqlayıb

Yeni Azərbaycan Partiyası (YAP) fevralın 8-də qurultay keçirəcək.

Bununla bağlı YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}