17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Reks Tillerson: “Türkiyənin Afrindəki əməliyyatı İŞİD-lə mübarizəmizə mənfi təsir edib”
Tarix: 14-02-2018 00:36 | Bölmə: Siyasət
Reks Tillerson: “Türkiyənin Afrindəki əməliyyatı İŞİD-lə mübarizəmizə mənfi təsir edib”

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizəsinin gedişatına mənfi təsir edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Küveytdə koalisiya ölkələri nazirlərinin növbədənkənar görüşündə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

“Afrindəki vəziyyət Suriyanın şərqində İŞİD-lə mübarizəmizin gedişatına mənfi təsir edib. Çünki həmin bölgədəki kürd qüvvələri Afrin bölgəsinə istiqamətlənib. Düşünürəm ki, Türkiyənin hərbi əməliyyatın məqsədlərimizə olan fəsadını dərk etməsi vacibdir. Əsas məqsədimiz isə İŞİD üzərində qələbədir”, - deyə R.Tillerson qeyd edib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.(APA)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}