Ziyafət Əsgərov Rusiyadakı prezident seçkilərini monitorinq edəcək
Tarix: 17-02-2018 14:39 | Bölmə: Siyasət
Ziyafət Əsgərov Rusiyadakı prezident seçkilərini monitorinq edəcək

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, onlar bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək.

Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}