Böyük güclər yenidən İranı hədələyir
Tarix: 18-02-2018 15:09 | Bölmə: Siyasət
Böyük güclər yenidən İranı hədələyir

“Əgər İran İsrailə hücum etsə, Rusiya İsrailin yanında yer alacaq”.

Bunu “Tayms of İsrail” qəzetinə müsahibəsində Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolov deyib.

“İsrailə qarşı aqressiya zamanı təkcə ABŞ yox, biz də onun yanında dayanacağıq. Bizim həmvətənlərimizin çoxu burada yaşayır. Biz İsrailə qarşı heç bir aqressiyaya imkan verməyəcəyik”, - deyə o bildirib.(Axar.az)

Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı ABŞ-ın keçmiş dövlət katibi Con Kerri isə söyləyib ki, İranla nüvə razılaşmasını ləğv etsək, bu bölgədə hərbi konflikt başlayacaq:

“Əgər İrana qarşı razılaşmanı ləğv etsək, gərək biz onları bombalamağa başlayaq. Biz isə bunu istəmirik. İran 10 ildən nüvə bombası filan əldə etməyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}