23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Prezident postuna iddialıların sayı 13-ə çatıb - Siyahı
Tarix: 19-02-2018 16:24 | Bölmə: Siyasət
Prezident postuna iddialıların sayı 13-ə çatıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 1 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Bununla prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 13-ə çatıb:

Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev - prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev
- prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov
- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər