16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
MSK daha iki nəfərin prezidentliyə namizədliyini təsdiqləyib
Tarix: 24-02-2018 15:51 | Bölmə: Siyasət / Xəbərlər
MSK daha iki nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

Reyting.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. O qeyd edib ki, hər iki şəxsin namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var. Məsələ səsverməyə qoyularaq təsdiqlənib.

Daha sonra hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}