16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hüquqşünas MSK-nı məhkəməyə verib - Səbəb
Tarix: 04-03-2018 10:15 | Bölmə: Siyasət
Hüquqşünas MSK-nı məhkəməyə verib

Prezidentliyə namizədliyini irəli sürən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay (Məmmədov) Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.


İlqar Altay iddia edir ki, MSK qanunları kobud şəkildə pozur.

Mərkəz rəhbəri Reyting.az-a bilrib ki, ona ağır gələn və səbr kasasını daşıran MSK-nın növbədənkənar seçkiləri bərbad əsaslarla təyin etməsidir: “MSK-nın bu addımı Azərbaycanın dövlət müstəqilliyindən bəri dövlətçiliyə vurulan ən ağır zərbədir. Niyə? Prezident seçkisi dövlət başçısının, yəni içində getdiyimiz bu gəminin bizim taleyimizin sükançısının seçimidir. Xalq üçün bundan yuxarı tədbir yoxdur. Bu tədbiri növbədənkənar adı ilə bu dərəcədə qanunsuz əsaslarda başdansovdu təşkil etmək, birbaşa bu dövləti, onun vacib konstitusion əsaslarını zədələməkdir. Sən ölkədəki seçkiləri, yəni dövlət hakimiyyətini formalaşdıran ən ali və ən müstəqil orqansan. Notarius deyilsən ki, hər təqdim olunan sənədi avtomatik təsdiq edib pulunu alasan. Görmürsənmi, əsaslandığın "növbədənkənar seçkilər keçirilə bilər" cümləsi həm Konstitusiyada, həm Seçki Məcəlləsində ayrıca maddə kimi təsbit olunmur? Mövcud fərqli və aidiyyətsiz maddələrə əlavə mənasız cümlə kimi yerləşdirilib”.

İ.Altay qeyd edib ki, seçkinin yiyəsi, özunə dövlət başçısı seçən xalq öncədən qanuvericilikdə bilməlidir bu tədbir niyə və hansı səbəbə qəflətən 6 ay irəli çəkilib:

“Məzahir Pənahovdan soruşuram: Bir seçkini təşkil edən MSK sədri kimi bu sirr heç olmasa, sizə deyildimi, rəsmi məlum oldumu?

Təbii ki yox. MSK görmürmü ki, Seçki Məcəlləsinə "növbədənkənar" cümləsi əlavə olunan maddə normal növbəli seçkilər üçündür, növbəsiz yox. Hansı ki, bununla xeyli namizədin və eyni zamanda mənim hüququm da kobud şəkildə pozulub. Bütün bu göstərdiklərim qanundakı boşluqlar və tələsik seçki keçirmə addımları bu seçkinin qanuniliyini və hətta legitimliyini heçə endirir”.

Hüquqşünas bildirib ki, MSK bir seçki orqanı kimi bütün bu yarımçıqlığı, bu boşluqları görməli, ona reaksiya verməli idi:

“Bu ciddi defektləri Prezident və Konstitusiya Məhkəməsi ilə birlikdə düzəltməli idi ki, bununla absurd qeyri-legitim tədbir alınmasın”.

Müsahibimiz hesab edir ki, MSK bu addımı ilə özünü çətin vəziyyətdə qoyub. Bunu əsas gətirərək MSK-nı məhkəməyə verdiyini deyən İ. Altay “Mənim bir huquqşünas, ictima aktiv vətəndaş kimi qaldırdığım iddia tək öz namizədliik hüququmun pozulması, öz müdafiəm üçün deyil. Bu iddianın əsas məğzi xalqın seçim hüququ və iradəsinin müdafiəsidir. Niyə belə bir qanunsuz, hüquqsuz və səbəbi bəlli olmayan əsaslarda seçki keçirilsin? Bu, ilk novbədə dövlətə, qanunlara hörmət etməmək, xalqı saya almamaqdır”.

İ. Altay sonda qeyd edib ki, iddia ərizələrini Bakı Apellyasiya Məhkəməsinə gondərib:

“Mənim iddiam gün kimi aydın inkarolunmaz faktlara əsaslanır və qanunları da açan kimi görünür. Ona görə ümumiyyətlə, bu seçkilərin qanunsuzluğu, bütün xalqın və əksər namizədlərin hüququnun pozulmasını ortaya qoymuşam. MSK-nın seçki qərarının ləğvi ilə bərabər seçkilərin dayandırılması və ləğvi məsələsini qaldırmışam. Şikayətim təmin olunmadığı halda, Ali Məhkəməyə və bu da olmasa, yəqin ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}