07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıda növbəti Qarabağ konfransı olacaq
Tarix: 07-03-2018 07:05 | Bölmə: Siyasət
Bakıda növbəti Qarabağ konfransı olacaq

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Bakı şəhərində 2018-ci il may ayının 22-də “Qarabağ dünən, bu gün və sabah” XVII elmi-praktik konfrans keçiriləcək.

QAT-dan Reyting.az-a verilən məlumata görə, konfransda Qarabağ tarixi, mədəniyyəti, Azərbaycan-Ermənistan münaqişəsinin siyasi, iqtisadi, hüquqi, hərbi aspektləri, həlli yolları, qaçqın və köçkünlərin hüquqlarının müdafiəsi və s. məsələlər müzakirə olunacaq.

Məruzə etmək istəyənlər aprel ayının 30-dək çıxışlarının tezislərini təqdim etməlidirlər. Tezislərin mətni Times Roman Azlat Şriftləri ilə 2 (iki) intervalla 5 səhifədən artıq olmamaq şərtilə yığılmalıdır. Mətnin elektron versiyasını disketə yazmaqla təşkilat komitəsinə və yaxud kila50@mail.ru, qat_a_n@yahoo.com elektron poçt ünvanlarına təqdim etməyiniz xahiş olunur. Tezislərin nəşr olunması və internet saytında yerləşdirilməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}