11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
Prezident seçkiləri ilə əlaqədar namizədin seçki sənədlərinin MSK-ya təqdim edilmə vaxtı başa çatır
Tarix: 11-03-2018 08:06 | Bölmə: Siyasət
Prezident seçkiləri ilə əlaqədar namizədin seçki sənədlərinin MSK-ya təqdim edilmə vaxtı başa çatır

Sabah aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, MSK fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Orucun, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadənin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevin, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyevin və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb. MSK-nın martın 10-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ötən dövr ərzində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş 7 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri MSK-ya təqdim edilib və onların hamısının prezidentliyə namizədliyi qeydə alınıb. M. Pənahov prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş digər 8 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri martın 12-i saat 18.00-a qədər MSK-ya təqdim ediləcəyi halda onların da namizədliyinin qeydə alınması məsələsinə operativ şəkildə baxılacağını qeyd edib.

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib