14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qüdrət Həsənquliyev seçkilərin ilkin nəticələrinə münasibət bildirib
Tarix: 11-04-2018 22:33 | Bölmə: Siyasət
Qüdrət Həsənquliyev seçkilərin ilkin nəticələrinə münasibət bildirib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibət bildirib.

Reyting.az
-ın məlumatına görə, BAXCP sədri deyib ki, prezident seçkiləri ilə bağlı keçirilən "exit-pol”lardan və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib.

Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik edib, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıb:

“Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}