14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
12:18 / 24-04-2024
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
12:00 / 24-04-2024
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
11:56 / 24-04-2024
AMEA-da yeni şöbələr yaradılıb
11:42 / 24-04-2024
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
11:30 / 24-04-2024
Sabahın hava proqnozu açıqlanıb
11:00 / 24-04-2024
“Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:23 / 24-04-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:45 / 24-04-2024
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı daha bir qərar çıxarılıb
09:28 / 24-04-2024
Səudiyyə Ərəbistanı pilləli "Nəcd" qülləsi tikəcək - Fotolar
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
09:07 / 24-04-2024
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
08:46 / 24-04-2024
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
08:37 / 24-04-2024
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
08:23 / 24-04-2024
Pekin taykonavtların adını açıqlayıb
08:20 / 24-04-2024
Argentina iranlı nazirin həbsini tələb edir
08:15 / 24-04-2024
Qazaxıstan və Rusiyanın sərhədi dəqiqləşdirilir
08:11 / 24-04-2024
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
00:15 / 24-04-2024
Mafiya başçısı bir ölkədən digərinə qaçıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
ATƏT-in seçki hesabatı narazılıq yaradıb - Bəyanat
Tarix: 14-04-2018 08:03 | Bölmə: Siyasət
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair bəyanat yayıb.
Reyting.az-ın xəbərinə görə, MSK-nın bəyanatında bildirilir ki, 2018-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti ölkə Konstitusiyasının 101-ci maddəsinin I hissəsində əks etdirilən hüququndan yararlanaraq Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edib. Bundan sonra MSK 2018-ci il 6 fevral tarixli Qərarı ilə Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin edib.
Bəyanatda bildirili ki, seçkilərin hazırlanıb keçirilməsi qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun və keyfiyyətlə aparılaraq 11 siyasi partiyanın və digər seçki subyektlərinin azad və müstəqil davranışı üçün hər cür imkanlar yaradılmışdır:
“Mövcud ədalətli mübarizə mühitindən və bərabər imkanlardan heç bir maneə olmadan istifadə edən qeydə alınmış namizədlərin hamısı seçki prosesindən tamamilə razı qaldıqlarını bəyan edərək böyük səs çoxluğu ilə seçilən namizədi təbrik etmişlər.
Vətəndaşların öz konstitusion hüquqlarından tam və maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında və keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçim imkanları tam təmin edilmişdir. Azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın geniş müşahidəçi ordusunun mütləq əksəriyyəti ümumilikdə seçkiləri azad, ədalətli və şəffaf kimi qiymətləndirərək seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd etmişlər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan etmişlər. Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilmişdir. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirərək, seçkilər keçirilmiş 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilmişdir.
Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir.
Qeyd edilənlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Bu gün də demək olar ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalət edir.
Fikrimizcə, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiazərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidi ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir.
Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Belə ki, hesabatda qeyd edilir ki, "seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuş, seçkiləri effektiv hazırlamışdır”. Eyni zamanda, bunun ardınca deyilir ki, "seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmamasının” şahidi olmuşlar. Hesabatda olan bu cür uyğunsuzluqlar ən azı sual doğurmaya bilməz. Digər bir ziddiyyət: hesabatın əvvəlində qeyd olunur ki, "hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst fəaliyyət göstərə bilmişlər”. Bir qədər sonra isə "Beynəlxalq Seçki Müşahidə Missiyasına və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradıldığı (uyğun olaraq 4 və 8 faiz)” iddia edilir. Başqa bir irad isə daha anlamsız görünür – "Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmamışdır”. Yaxşı olardı ki, bu fərqin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Dünyanın heç bir ölkəsində növbəti dəfə seçkilərdə iştirak edən dövlət başçısı öz fəaliyyətini dayandırmır və dayandıra da bilməz. Bu cür seçkiqabağı mühitə tətbiq edilə bilən yeganə etik norma ondan ibarətdir ki, səlahiyyətlərinin icrasını davam etdirən dövlət başçısı seçiciləri ona səs verməyə çağırışlarından istifadə etməməlidir və Azərbaycanda keçirilən bütün Prezident seçkilərində bu qaydaya riayət olunmuşdur.
Missiyanın "seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər” iradı ümumilikdə qəbuledilməzdir. Mərkəzi Seçki Komissiyası bildirir ki, Azərbaycanda bütün seçki məntəqələri şəffaf qutularla təmin edilmiş, o cümlədən 1000 seçki məntəqəsində seçkilərin "online” qaydada izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Bu isə seçkilərin şəffaflığının təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.
Sözügedən hesabatda vurğulanır ki, "digər namizədlər vəzifədə olan Prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər”. Bu cümlədə "onu tənqid etmək” ifadəsi təəccüb doğurmaya bilməz. Birincisi, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər.
İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdülən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın "bu seçkilərdə həqiqi rəqabət olmamışdır” ifadəsi başadüşülməzdir və qəbulolunmazdır.
Hesabatda 58 175 yerli müşahidəçinin qeydiyyata alındığı və onlardan 4 041 nəfərin QHT-lər tərəfindən akkreditasiya olunduğu göstərilir. Ardınca iddia olunur ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Əgər vətəndaş cəmiyyətinin əsas təsisatları olan QHT-lər 4 mindən çox müşahidəçi ilə təmsil olunursa, burada hansısa məhdudiyyətdən danışmaq yersizdir. Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs ediləndə, bu sahədə yalnız bir qurumun – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir. Onun qeydə alınmadığı və fəaliyyətinə əngəl yaradıldığı vurğulanır. Lakin Azərbaycanda seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış digər qurumlar da var və onlar seçki dövründə yerli müşahidəçiliyi həyata keçirmişlər. Misal üçün, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə qurumlardan biridir. Eyni zamanda, seçkiqabağı dövrdə və səsvermə günü Azərbaycanın ən böyük QHT platforması olan, tərkibində 600-dən çox vətəndaş cəmiyyəti təsisatını birləşdirən Milli QHT Forumu 590 məntəqədə müşahidə aparmışdır.
Hesabatda iddia olunur ki, ictimai-siyasi həyatda qadınların iştirakını artırmaq üçün tədbirlər görülmür. Halbuki son illər bu istiqamətdə xeyli irəliləyiş baş vermişdir. Seçki komissiyalarında qadınlar kifayət qədər geniş təmsil olunmuşlar. Bundan başqa, məsələn, 87 rayon və şəhər icra hakimiyyətinin 1-də başçı, 75-də (86,2 faiz) isə başçının müavini qadındır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında qadınların sayı əvvəlki seçkilərlə müqayisədə 8,9 faiz artaraq 35 faizə, sədrlər arasında isə 12,4 faiz artaraq 30 faizə çatmışdır.
Hesabatda ölkədə tənqidi mətbu orqanların və mediada plüralizmin olmadığı bildirilir. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu iddia özlüyündə əsassızdır. Çünki ümumən sivil dünyada hər hansı media qurumu qarşısında qoyulan əsas tələb onun mütləq qaydada dövlət institutlarını tənqid etməsi, bəzən də bu tənqidin diffamasiya doğuracaq səviyyəyə çatması deyil, medianın öz siyasi tərəfsizliyini qorumasıdır. Mərkəzi Seçki Komissiyası qeyd edir ki, Azərbaycanda hazırda 500-dən çox gündəlik, həftəlik və aylıq nəşr olunan mətbu orqan, 5 minədək internet informasiya resursu mövcuddur. Onların arasında hakimiyyətin daxili və xarici siyasətini, dövlət başçısını və iqtidar təmsilçilərini sərt tənqid edən media qurumları kifayət qədərdir. Ölkə əhalisinin 80 faizə qədəri internetdən istifadə edir, 3 milyonadək insan sosial şəbəkə istifadəçisidir. Mərkəzi Seçki Komissiyasının apardığı müşahidələrə görə, seçkiqabağı dövrdə və seçki günü həm mediada, həm də xüsusən sosial şəbəkələrdə kifayət qədər tənqidi və bəzi hallarda hətta etikadankənar materiallar yayılmışdır. Sənəddəki "11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir” iradı missiyanın səlahiyyətlərini aşır. Şirkətlərdən hər biri hüquqi şəxs kimi müvafiq dövlət qurumları tərəfindən qeydə alınmışdır, vergi ödəyicisi olaraq çıxış edir və bütün məlumatlar həmin dövlət qurumlarının açıq mənbələrində yerləşdirilmişdir.
Hesabatda göstərilir ki, "diffamasiyanın həbs ilə cəzalandırılan cinayət əməli olması və prezidentin diffamasiyasına görə əlavə cəzaların mövcudluğu faktı siyasi təşviqat kampaniyası üçün əsas olan ifadə azadlığını daha da məhdudlaşdırır”. Avropa Şurasının 42 üzv dövlətində diffamasiya cinayət hesab edilir və bu dövlətlərdən 39-da bu cinayətə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq, diffamasiya ATƏT üzvü olan ölkələrin böyük əksəriyyəti ilə bağlı seçki hesabatlarında siyasi təşviqat kampaniyasını məhdudlaşdıran hal kimi qiymətləndirilməmişdir. Bu səbəbdən Azərbaycanla bağlı belə qiymətləndirmə aparılması selektiv və ikili yanaşmanın təzahürüdür. O da qeyd edilməlidir ki, uzun illərdir Azərbaycan məhkəmələri təcrübədə diffamasiya ilə əlaqədar azadlıqdan məhrumetmə ilə bağlı cəza tətbiq etmirlər. Təəssüflər olsun ki, müşahidə missiyası bu halı araşdırmadan irad bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında ən çox təəssüf hissi doğuran məqam odur ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının 360 müşahidəçisi (onlardan 270-i ATƏT DTİHB-nin müşahidəçiləri olmaqla) bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəmişdir. Sözügedən müşahidə missiyasının hesabatında "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, birbaşa "beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir ki, bu da 59 ölkəni və çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur.
Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq".
Pənahov Məzahir Məhəmməd oğlu
Mərkəzi Seçki Komissiyasının sədri
Məmmədov Natiq Seyfulla oğlu
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Muxtarova Arifə Ağaverdi qızı
Mərkəzi Seçki Komissiyasının katibi
Rəhimov Mikayıl Rəhman oğlu
Mərkəzi Seçki Komissiyasının katibi
Mərkəzi Seçki Komissiyasının üzvləri:
Cavadov Fuad Musa oğlu
Əliyev Şaitdin Sərdar oğlu
İbrahimov Ramiz Hilal oğlu
Kazımova Validə Faiq qızı
Paşayev Hüseyn Məmməd oğlu
Məmmədov İlham Sabir oğlu
Nadirov Nizami Hüseyn oğlu
Orucov Qabil Əhməd oğlu
Tağıyev Azər Cabir oğlu
Əsgərov Bəxşeyiş Məmməd oğlu
Həsənov Tofiq Eldar oğlu
Qəhramanlı Almas Əlisultan qızı
Quliyev Etibar Cəfər oğlu
Şahbazov İlkin Zaur oğlu.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:18
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
Bu gün, 11:42
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
Dünən, 15:10
Azadlıq Partiyası ləğv olunub? - Açıqlama
Dünən, 14:57
Ceyhun Bayramov Çexiya baş naziri ilə görüşüb
Dünən, 10:35
Rəsmi Tehrandan 4 kəndin geri qaytarılmasına reaksiya: "Bu, sülhün bərqərar olması üçün zəruridir"
Dünən, 08:42
NATO Polşada nüvə silahı yerləşdirə bilər
Dünən, 08:04
Baş katibi gərgin görüşlər gözləyir
22-04-2024, 16:57
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
22-04-2024, 16:22
Deputat Cenevrədə Azərbaycanı təmsil edəcək
22-04-2024, 14:28
Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək
22-04-2024, 13:54
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
22-04-2024, 12:21
Paşinyan delimitasiya komissiyasının nəzdində işçi qrup yaradıb
22-04-2024, 10:39
“Stratfor”: Ermənistanla münasibətlərin normallaşması Türkiyəni Cənubi Qafqazda gücləndirəcək
20-04-2024, 15:44
Ceyhun Bayramov İran səfiri ilə görüşüb
20-04-2024, 09:46
Sülhməramlıların Qarabağı tərk etməsi separatçı ermənilərin narahatlığına səbəb olub
20-04-2024, 00:37
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
19-04-2024, 16:00
Ədalət Məhkəməsində Azərbaycanın tələbi ilə ictimai dinləmələr keçirilib
19-04-2024, 15:29
Ceyhun Bayramov Fələstinin baş naziri ilə telefonda müzakirə aparıb
19-04-2024, 15:11
Türkiyə XİN: "İran-İsrail gərginliyi daimi münaqişəyə çevrilə bilər"
19-04-2024, 11:34
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
19-04-2024, 09:37
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
18-04-2024, 16:15
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
18-04-2024, 15:46
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
18-04-2024, 14:29
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"
18-04-2024, 08:57
Donald Tramp sülh vasitəçisi ola bilər
17-04-2024, 22:49
CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
17-04-2024, 16:40
Milli Şuranın mitinqinə icazə verilməyib
17-04-2024, 16:31
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
17-04-2024, 16:14
Daha bir prezident COP29-a dəvət olunub
17-04-2024, 09:27
Orban Avropa İttifaqı rəhbərliyini istefaya çağırıb
16-04-2024, 23:14
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16-04-2024, 17:05
Kreml Makronun ideyasını rədd edib
16-04-2024, 12:37
Etibar Məmmədovun oğluna yeni vəzifə verilib? - Açıqlama
15-04-2024, 20:41
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb
15-04-2024, 14:00
Tofiq Yaqublunun daha bir şikayəti təmin olunmayıb
15-04-2024, 11:18
Blinken dörd ölkənin naziri ilə İranın İsrailə zərbəsini müzakirə edib