17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əli Xamenei: “Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri canidir”
Tarix: 14-04-2018 12:05 | Bölmə: Siyasət
Əli Xamenei: “Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri canidir”

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.

“Tasnim” agentliyinin yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. “Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.(APA)

İranın Xarici İşlər Nazirliyi də ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib.

“Report” xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı məlumat yayıb.

"İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", - məlumatda qeyd olunub.

İdarənin fikrincə, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}